Dünya Bankının vitse-prezidenti: “Azərbaycanın gələcəkdə gözəl nəticələr əldə etmək imkanı var”
Tarix: 02.05.2018 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə vitse-prezidenti Siril Müller Azərbaycan Prezidentini təbrik edib: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Ötən illər ərzində Sizinlə və hökumətinizlə işləmək mənim üçün şərəfli olmuşdur. Dünya Bankı 2030-cu ilədək olan dövrü əhatə edən Azərbaycan Strateji Yol Xəritəsinin icrasını dəstəkləmək əzmindədir. Biz bütün Azərbaycan vətəndaşlarının faydalanacağı siyasi proqramların və investisiya layihələrinin hazırlanmasında və həyata keçirilməsində hökumətə yardım etmək üçün qlobal təcrübəmizi bölüşməyə hazırıq. Azərbaycan son on ildə yoxsulluğun azaldılması sahəsində heyrətamiz nəticələrə nail olmuş, sürətli inkişaf yolu keçmişdir. Bu inkişaf sayəsində Azərbaycan digər ortagəlirli ölkələr sırasına qoşulmuşdur. Mən, həmçinin milli iqtisadiyyatın şaxələndirilməsi və ölkənin neft-qaz sənayesindən asılılığının azaldılması, özəl sektorun aparıcı rol oynadığı yeni iqtisadi artım modelinə keçilməsi məqsədilə Azərbaycan iqtisadiyyatının qlobal dəyərlər zəncirinə inteqrasiyasına yardım edəcək hərtərəfli islahatların aparılmasında göstərdiyiniz qətiyyəti təqdir edirəm. Ölkənizin zəngin təbii sərvətlərini və insan kapitalını nəzərə alaraq əminliklə deyə bilərəm ki, Azərbaycanın gələcəkdə inkişafla bağlı bundan da gözəl nəticələr əldə etmək imkanı vardır. Zati-aliləri, Prezidentliyinizin yeni dönəmində Sizə uğurlar diləyirəm. Əminəm ki, əməkdaşlığımız bundan sonra da davam edəcək”.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Azərbaycan təhsil sistemində idarəetmə texnologiyalarının tətbiqi zəruridir
21.05.2019
“Mxitaryan, axı sən nə istəyirsən?”
20.05.2019
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20.05.2019
Ramin Əhmədov: ”Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub”
20.05.2019
Millət vəkili Azər Badamov: “Hədəf neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info