Mübariz Qurbanlı: “Azərbaycan İlahiyyat İnstitutunda təhsil ödənişsiz olacaq“
Tarix: 02.05.2018 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Ceyhun Məmmədov: "Azərbaycanda dövlətin dinə göstərdiyi diqqət və qayğı digər ölkələrdə müşahidə olunmur"

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda konfrans keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Heydər Əliyevin Azərbaycanda dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətləri olub. Komitə sədri çıxışı zamanı bir sıra məsələlərə də toxunub. O bildirib ki, Azərbaycanda imamlar 400 manatdan yuxarı, imam naibləri 300 manatdan yuxarı, mütəvəllilər isə 220-250 manat arası maddi dəstək alacaqlar. Mübariz Qurbanlı deyib ki, maddi vəsait alacaq din xadimlərinin siyahısı dəqiqləşib: "Siyahıya əsasən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etdiyi, məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər bank hesablarından ödənişləri ala biləcəklər. Bakı və Bakıətrafı qəsəbələrdə maddi vəsait alacaq din xadimlərinin siyahısı tam hazırdır, Naxçıvan Muxtar Respublikası da siyahını təqdim edib. Yaxın günlərdə maddi vəsait din xadimlərinə ödəniləcək".
M. Qurbanlı qeyd edib ki, siyahıda 1000-dən çox din xadiminin adı var: "Naxçıvanda isə 200-ə yaxın din xadimi maddi dəstək alacaq".
İlahiyyat İnstitutu ilə bağlı məsələyə də toxunan komitə sədri bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu hələlik Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin nəzdində fəaliyyət göstərəcək. Dövlət Komitəsi sədrinin sözlərinə görə, növbəti mərhələdə Azərbaycan İlahiyyat İnstitutu üçün ayrıca binanın ayrılması, yaxud da kampusun inşa edilməsi nəzərdə tutulub. Azərbaycan İlahiyyat İnstitutunda təhsilin ödənişsiz olacağını vurğulayan M. Qurbanlı qeyd edib ki, ilkin mərhələdə instituta 2 fakültə üzrə 60 nəfər qəbul ediləcək.
Çıxış edən Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanda 90-cı illərin əvvəllərində müəyyən dini təşkilatlar öz planlarını həyata keçirmək üçün müxtəlif üsul və metodlardan istifadə ediblər: "Həmin dövrdə dövlətin din siyasətini müəyyənləşdirmək istiqamətində bir çox addımlar atılırdı. Azərbaycanın müstəqillik illərinin ilk vaxtlarında qəbul edilən qanun layihələrinin sonradan təkmilləşdirilməsində ulu öndər Heydər Əliyevin mühüm xidmətləri olub".
C. Məmmədov Azərbaycanda dinə göstərilən dövlət qayğısı barədə də məlumat verib: "Azərbaycanda dövlətin dinə göstərdiyi diqqət və qayğı digər ölkələrdə müşahidə olunmur". Konfransda Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavinləri Salman Musayev, Fuad Nurullayev, Qəmərxanım Cavadlı, Bakı şəhəri Dağ yəhudiləri Dini icmasının sədri Milix Yevdayev, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Bəhruz Quliyev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Azərbaycanın Alban-udi xristian dini icmasının sədri Robert Mobili, millət vəkilləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans çıxışlarla davam edib.
Sonda DQİDK tərəfindən dini icmaların üzvləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda elan edilən məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info