Hüseyn Cavidə həsr olunan elmi konfrans
Tarix: 02.05.2018 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


UNEC-də böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunan silsilə tədbirlər davam edir. UNEC-in Biznes və menecment, Türk dünyası işlətmə fakültələri (TUDİFAK) və Azərbaycan dili kafedrasının birgə təşkilatçılığı ilə keçirilən elmi-praktiki konfrans “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda olub.
Öncə böyük dramaturqun həyat və yaradıcılığını, onun əsərlərinin səhnə taleyini əks etdirən kitab və fotosərgi nümayiş etdirilib. Hüseyn Cavid irsinə göstərilən dövlətin diqqət və qayğısından danışan Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov gənc nəslin düşüncə və dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu bildirib. Məhz ümummilli liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsini ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə olduğunu vurğulayıb. TUDİFAK-ın dekanı, dosent Ferruh Tuzçuoğlu görkəmli dramaturqun yaradıcılığına nəzər salaraq, H.Cavidin XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran böyük ideoloq və bu ideyaları ədəbiyyata gətirən dahi şəxsiyyət olduğunu bildirib. BDU-nun professoru Etibar Talıblı, Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Lütviyə Əsgərzadə Hüseyn Cavidin dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etdiyini bildiriblər, görkəmli dramaturqun neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərlərinin bu gün də öz monumentallığını qoruduğunu qeyd ediblər. Azərbaycan dili kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli “Heydər Əliyev və Hüseyn Cavid yaradıcılığı” mövzusunda çıxış etdikdən sonra Hüseyn Cavidin ev muzeyini ziyarət edən tələbələr təəssüratlarını bölüşüblər. Onlar dahi dramaturqun şeirlərini səsləndiriblər, ədibin sözlərinə bəstələnən mahnılar ifa ediblər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
17.06.2019
Leyla Əliyeva Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində iştirak edib
17.06.2019
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb
17.06.2019
Bakını hətta Las Veqasdan üstün bir şəhərə bənzədənlər var
17.06.2019
Masallının Lürən kəndində tibb məntəqəsi istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info