UEFA Çempionlar Liqası: “Real Madrid” finalda
Tarix: 02.05.2018 | Saat: 05:37:00 | E-mail | Çapa göndər


Futbol üzrə UEFA Çempionlar Liqasında ilk finala vəsiqə qazanan "Real Madrid" klubu olub. Zinəddin Zidanın baş məşqçi olduğu kollektiv yarımfinalda Almaniya "Bavariya"sını üstələyib.
AZƏRTAC xəbər verir ki, "Santyaqo Bernabeo" stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə heç-heçə başa çatıb. İlk görüşdə səfərdə 2:1 hesabı ilə qələbə qazanan ispanlar, iki oyunun nəticəsinə əsasən finala çıxıb.
“Real” ardıcıl üçüncü dəfə finala vəsiqə qazanıb.
Oyunun əvvəli “münxen”lilər üçün yaxşı başlayıb. Üçüncü dəqiqədə Josua Kimix hesabı erkən qolla açıb - 0:1. Çox keçmədən Kərim Benzema hesaba tarazlıq gətirib - 1:1. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra 46-ci dəqiqədə K.Benzema qapıçının kobud səhvini bağışlamayıb, fransız dublun rəsmiləşdirib - 2:1. Qonaqlar 63-ci dəqiqədə hesabı yenidən bərabərləşdirib . Xames Rodrigez adını tabloya yazdırıb - 2:2. O, müqavilə ilə məxsus olduğu "Real"a qol vurduğu üçün bu sevinci yaşamayıb. Qalan dəqiqələrdə böyük səy göstərən Almanlar hesabı dəyişə bilməyiblər. Beləliklə ümumi hesab "Real Madrid"ı finala çıxardıb.
Qeyd edək ki, digər yarımfinal qarşılaşması mayın 2-də "Olimpiko" stadionunda keçiriləcək. "Roma" "Liverpul" klubunu qəbul edəcək.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info