“Dünya elminə inteqrasiya olunmalıyıq”
Tarix: 06.06.2013 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) İctimai və Humanitar Elmlər Bölməsinə daxil olan elmi-tədqiqat institutları və təşkilatların direktorları ilə müşavirə keçirilib. AMEA Rəyasət Heyətindən verilən xəbərə görə, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli müşavirədə ictimai və humanitar elmlər sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələrdən danışaraq deyib ki, AMEA-nın milli statusu ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilib. Bu, Elmlər Akademiyanın milli dövlətçilik və azərbaycançılıq maraqlarına xidmət etməsini müəyyən edir: “Elmi-tədqiqat institutları elmi və təşkilati işlərini həyata keçirərkən məhz bu istiqaməti əsas kimi qəbul etməlidirlər. Akademiyanın fəaliyyətinin ana xətlərindən biri də dünya elminə inteqrasiya etməkdir. Bunun üçün dünya elminin müsbət nəticələrini, təcrübəsini öyrənmək və AMEA-nın elmi-tədqiqat institutlarında tətbiq etmək əhəmiyyətlidir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan Qərb və Şərqin elmi təcrübəsini öyrənmək və sintez etmək üçün geniş imkanlara malikdir. Eyni zamanda, AMEA rəhbərliyi Azərbaycan elminin dəyərlərini və üstünlüklərini dünyaya çatdırmağı da zəruri hesab edir”. AMEA-da struktur dəyişikliklərinə də toxunan akademik İ.Həbibbəyli qeyd edib ki, yeni Beynəlxalq Əlaqələr, Elmi-Təşkilat və Analitik Təhlil idarələri və İnnovasiya şöbəsinin təşkil olunmasında əsas məqsəd akademiyanın idarəetmə işlərinin təkmilləşdirilməsindən, əməkdaşların beynəlxalq tədbirlərdə yalnız iştirakçı yox, məruzəçi və təşkilatçı kimi də fəaliyyətini təmin etməkdən ibarətdir. Bundan əlavə, Akademiya elmi ilə ali məktəb elminin vəhdət şəkildə inkişafı, elmi-tədqiqat institutlarında kafedraların filiallarını təşkil edərək elm üçün kadrlar yetişdirmək səyləri akademiyanın yeni rəhbərliyinin həm elm, həm də təhsil müəssisələri üçün əhəmiyyətli təşəbbüsləri kimi nəzərə çatdırılıb. İ.Həbibbəyli dövlət səviyyəli proqramların, irimiqyaslı qrant layihələrinin hazırlanması və icrası işlərində AMEA-nın daha fəal iştirak etməsinin vacibliyini vurğulayıb: “Qrant layihələrinin icrasının monitorinqi hazırda yalnız donor təşkilatlar tərəfindən aparılır. Bu işlər AMEA daxilində də məsuliyyətlə həyata keçirilərsə, qrant təşkilatlarının daha çox etibarını qazanmaq olar. Bu da gələcək layihələrə, beynəlxalq elmi əməkdaşlığa müsbət təsir göstərə bilər”. İclasda akademiya alimlərinin, xüsusən də ictimai və humanitar bölmə üzrə çalışan ziyalıların müstəqil Azərbaycanın milli dövlətçilik, azərbaycançılıq ideologiyasının elmi surətdə öyrənilməsi və təbliği istiqamətində aparmağa məsul olduqları tədbirlər diqqətə çatdırılıb. İctimai və Humanitar Elmlər Bölməsinin alimləri qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəkləri barədə yekdil rəylərini bildiriblər.
Günay




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info