Azərbaycan güləşçisi Eldəniz Əzizli Avropa çempionu olub
Tarix: 02.05.2018 | Saat: 05:44:00 | E-mail | Çapa göndər


Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Rusiyanın Kaspiysk şəhərində keçirilən böyüklər arasında güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, yarışda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı çempionatın finalında estoniyalı Helari Maeqissaluna qalib gəlib. E.Əzizli həlledici görüşdə rəqibini 8:0 hesabı ilə məğlub edərək Avropa çempionu olub. Bununla da o, çempionatda Azərbaycan millisinə ilk qızıl medalı qazandırıb.
Digər güləşçilərimizdən Rəsul Çunayev üç, Rafiq Hüseynov iki, Murad Məmmədov bir görüşü qalib başa vuraraq yarımfinala yüksəliblər. Yarımfinal görüşündə Murad Məmmədov İtaliya, Rəsul Çunayev Gürcüstandan olan rəqiblərini üstələyib və finala yüksəlib. Həlledici görüşdə hər iki güləşçimizin rəqibi Rusiya təmsilçiləri olacaq.
Rafiq Hüseynov isə Belarus idmançısı ilə görüşdə məğlub olaraq bürünc medal uğrunda görüşə haqq qazanıb. Çempionatda 67 kiloqram çəki dərəcəsində yarışan Elman Muxtarov təsəlliverici görüşə çıxacaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info