Gevorq Kostanyan: “Mən Paşinyanı baş nazir kimi görmürəm”
Tarix: 02.05.2018 | Saat: 11:52:00 | E-mail | Çapa göndər


Beləliklə, mayın 1-də Ermənistan parlamentində Nikol Paşinyanın lehinə 45, əleyhinə isə 56 deputat səs vermkələ onun baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib. Ermənistan qanularına görə, 7 gün ərzində parlament yeni baş naziri seçmək üçün ikinci cəhd göstərməlidir. Bu cəhd də alınmasa, prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir.
Bunlar öz yerində. Lakin erməni parlamentindəki yaşantılardan əndiləşən Nikol Paşinyan “Zvartnots” hava limanını və Ermənistanın bütün yollarını bağlamağa çağırış edib: "Sabahdan (bu gündən) bütün Ermənistan ərazisində ümumi tətil elan edilir və ölkənin metro, hava limanlarının, ümumiyyətlə, bloklana biləcək bütün küçələrin hamısı saat 8:15 radələrindən etibarən bağlanır. Baş nazirin namizədi olaraq bütün dövlət məmurlarına müraciət edirəm – biz yeni tətilə start veririk ", - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, vətəndaş itaətsizlik hərəkətləri Ermənistanın bütün sakinlərini əhatə etməlidir: "Bu, erməni xalqının yüksək nöqtəsidir”. Bunu da Paşinyan deyib.
Maraqlıdır ki, Nikol Paşinyanın baş nazir seçilməsi əleyhinə səs verən erməni deputatlar öz fikirlərini müxtəlif cür əsaslsndırıblar. Məsələn, hakim Respublika Partiyasımdan olan deputat Gevorq Kostanyan açıq şəkildə Nikol Paşinyanın dövlət idarəçiliyinə rəhbər kimi hələ hazır olmadığını bildirib.
O, Paşinyanın bəlkə də bir müddət sonra baş nazir ola biləcəyini istisna etməyib, amma indiki şəraitdə onun parlament tərəfindən baş nazir seçilməsini təhlükəli bir hal kimi dəyərləndirib.
Paşinyanın əleyhinə səs verən digər deputat Arman Saqatelyan isə onu siyasi yalançılıqda ittiham edib: "Əlbəttə, siz öz mövqeyinizi dəyişə bilərsiniz, amma sizin xalqa sırıdığınız siyasi yalanlar bu zəmində qəbul edilə bilməz"-deyə o Paşinyana xitabən bildirib.
"Daşnaksütyun" fraksiyasının katibi Aqban Vardanyan da Nikol Paşinyana səs verməyəcəyini və əks halda öz mandatından belə imtina edə biləcyini istisna etməyib.
Nikol Paşinyanı “ölkədə siyasi hava şəraiti yarada bilən şəxs” kimi dəyərləndirən deputat Armen Aşotyan istehza ilə “bu sizdə əla alınır və buna görə də sizi təbrik edirəm”-deyə bildirib. O, Nikol Paşinyanın əleyhinə səs verməsini isə: "Nikol Paşinyanın Ermənistanın son baş naziri olmasını istəmirəm" şəklində ifadə edib.
Beləliklə, bu gündən Nikol Paşinyan bütün erməniləri total mitinqə çagırır. Bunun nə ilə sonunclanacağı isə sonrakı günlərdə məlum olacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info