«Böyük Britaniya, ABŞ və Avropa Azərbaycanın istənilən seçimini dəstəkləyəcək»
Tarix: 06.06.2013 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən beynəlxalq neft-qaz konfransındakı çıxışında Böyük Britaniyanın Azərbaycan üzrə ticarət nümayəndəsi Çarlz Endryu bildirdi ki, Böyük Britaniya, ABŞ və Avropa Xəzər hövzəsindən təbii qaz ixracı marşrutunun seçilməsi ilə bağlı Azərbaycanın istənilən qərarını dəstəkləyəcək. Onun sözlərinə görə, Britaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verməsini alqışlayır. Cənubi Enerji Dəhlizi ilə bağlı veriləcək qərar Avropanın enerji təhlükəsizliyi üçün çox əhəmiyyətlidir.
«Azərbaycan qazının Avropaya nəqli ilə bağlı konkret marşrutu dəstəkləmirik. Hansı marşrut olursa-olsun, əsas odur ki, qaz təchizatı başlasın. Buna görə də Böyük Britaniya, Avropa Komissiyası ABŞ-la birlikdə hansı kəmər seçilərsə, onu dəstəkləyəcək”. Britaniya nümayəndəsi qeyd etdi ki, seçim ediləndən sonra marşrut boyunca yerləşən tranzit ölkələr də bu qərara dəstək verəcək. Ç.Endryu Azərbaycan, Gürcüstan və Türkiyəni TANAP layihəsi münasibəti ilə təbrik edərək əmin olduğunu bildirib ki, bu layihə davam etdiriləcək. O bildirdi ki, Azərbaycan Avropanın enerji təchizatında strateji tərəfdaşıdır: «Azərbaycan müstəqil ölkədir və qərarlarını da müstəqil verir, onun tərəfdaşlarının enerji təhlükəsizliyində mühüm rol oynadığını dana bilmərik». Ç. Endryu onu da bildirdi ki, dünya enerji bazarında böyük dəyişikliklərin vaxtı çatıb. Onun sözlərinə görə, Azərbaycan neft sənayesinin beşiyi hesab olunsa da, regionda qeyri-ənənəvi istehsalçılar da yaranıb: «Bu sırada Şərqi Aralıq dənizi ölkələri və Şərqi Afrika ölkələrini misal çəkə bilərəm. Müxtəlif ölkələrdə tətbiq olunan yeni innovasiyalar və texnologiyaların inkişafına təkan verilir ki, bu da qlobal ticarət axınını dəyişdirir. Qeyri-ənənəvi neft və qaz hasilatı, o cümlədən ABŞ-dakı dəyişikliklər bazarda oyun qaydalarını dəyişdirib. Eləcə də Çin, Hindistan və digər Şərq ölkələrində bazar dəyişir». Britaniya nümayəndəsi enerji bazarındakı vəziyyətin sürətlə dəyişdiyini bildirdi: «Karbohidrogen ehtiyatları qarşıdakı bir neçə ildə qlobal enerji məsələlərində böyük rol oynayacağını qəbul etsək də, onu da bilirik ki, alternativ enerji mənbələri də inkişaf etdirilir və qlobal tələbatı qarşılamaq üçün yeni texnologiyalardan istifadə olunmalıdır». O qeyd etdi ki, enerji bazarında yaranan dəyişikliklər nəticəsində Azərbaycan kimi istehsalçılar digər yeni istehsalçılarla rəqabət aparmalı olacaqlar: «Məsələn, İsrail, Kipr və digər ölkələr Azərbaycanın rəqibləri olacaq».
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info