Apreldə ƏƏSMN-nin e-xidmətlərinə 1 milyon 335 min dəfədən çox müraciət olunub
Tarix: 02.05.2018 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a yaxın elektron xidməti fəaliyyət göstərir və aprel ayında bu e-xidmətlərə 1 milyon 335 min dəfədən çox müraciət olunub.
Nazirliyin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi e-xidmətlər əmək və sosial müdafiə sahələrində dövlət xidmətlərinin göstərilməsində şəffaflığa, həmin xidmətlərin müvafiq əhali qrupları üçün əlçatanlığına, onlardan real vaxt rejimində asan və rahat şəkildə istifadəyə, sosial təminat sistemində ünvanlılığın təmin olunmasına imkan verir.
Aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir sıra e-xidmətləri yenə də yüksək istifadə göstəricisi ilə diqqəti cəlb ediblər. Onlardan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti xüsusilə seçilir. İşçi və işəgötürənlər arasında əmək münasibətlərinin elektron qeydiyyatının həyata keçirilməsi üçün fəaliyyət göstərən həmin e-xidmətə ötən ay 420 017 müraciət qeydə alınıb. Eyni zamanda, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair vahid rüblük hesabatların təqdim edilməsinə şərait yaradan “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidmətinə son bir ayda 393 073 dəfə müraciət edilib.
Nazirliyin “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” (77 244 müraciət), “İş yerinə dair arayış” ( 61 166 müraciət), “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (38 275 müraciət) və digər e-xidmətlərdən istifadə sayı mütəmadi olaraq artır. Eləcə də “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Pensiya kalkulyatoru”, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və s. kimi e-xidmətlər əhalinin daimi maraq dairəsində olan e-xidmətlərdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info