“ASAN kart” hazırlanır
Tarix: 06.06.2013 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Bakıda xüsusi təchiz edilmiş minik avtomobilləri vasitəsilə vətəndaşlara
səyyar xidmətlər göstəriləcək

2 saylı Bakı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib ki, Xətai rayonunda yerləşən 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı mayın 24-də Azərbaycan Prezidentinin iştirakı ilə həyata keçirilib. O, bildirib ki, bu mərkəzin xidmətlərindən Xətai, Suraxanı və Nizami rayonlarının sakinləri yararlana biləcəklər: “Bu da 800 mindən artıq əhalinin əhatə edilməsi deməkdir. Hər 3 rayonun əhalisi mərkəzdə 9 dövlət qurumu tərəfindən həyata keçiriləcək 25 hüquqi və 22 funksional yardımçı xidmətlərdən yararlana biləcək”.
İ.Kərimov qeyd edib ki, avqust ayına kimi Bakı şəhərinin Yasamal rayonunda 3 saylı “ASAN xidmət” mərkəzinin açılışı nəzərdə tutulur. Onun sözlərinə görə, ilin sonuna kimi Gəncə şəhərində də “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Həmin mərkəz Gəncə ətrafı regionları əhatə edəcək. İnam Kərimov bildirib ki, Bakı şəhərində də xüsusi təchiz edilmiş minik avtomobilləri vasitəsilə vətəndaşlara səyyar asan xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bu xidməti reallaşdırmaq üçün qanunvericilikdə bəzi məsələlər həyata keçirilməlidir. Məsuliyyət, istirahət və xidmət haqqı məsələləri tezliklə müəyyən edildikdən sonra artıq Bakı şəhərində də xüsusi texniki vasitələrlə təchiz edilmiş avtomobillərlə vətəndaşlara xidmət göstəriləcək: “Bu xidmətlər əlavə xidmət haqqı ödənilməklə həyata keçiriləcək. Ancaq xüsusi kateqoriyadan olan insanlar - əlillər, hərəkət imkanı məhdud olan vətəndaşlar üçün bu xidmət tam pulsuz olacaq”. İnam Kərimov onu da qeyd edib ki, tezliklə Azərbaycanda “ASAN kart”lar vətəndaşların ixtiyarına veriləcək. Hazırda “ASAN kart” üzərində işlər aparılır. Onun sözlərinə görə, bəzi texniki məsələlər həll olunduqdan sonra tezliklə “ASAN kart”lar istifadəyə veriləcək: “Bu kartlar vətəndaşların gündəlik həyatını asanlaşdırmaq üçün nəzərdə tutulan bir vasitədir. Vətəndaş bəzən üzərində müəyyən ödənişləri və digər hərəkətləri etmək üçün bir çox kartları daşımağa məcburdur. “ASAN kart”ın isə funksiyası ondan ibarətdir ki, vətəndaşların bir neçə kartda gəzdirdikləri informasiyaları bir kartda gəzdirə bilsin”. Bu arada səyyar “ASAN xidmət” Şirvanda fəaliyyətə başlayıb. Müasir texnoloji avadanlıqlarla təchiz edilmiş iri həcmli xüsusi avtobuslar səyyar formada Şirvan və Hacıqabul sakinlərinə xidmət göstərməyə başlayıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub
19.11.2018
Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həyata keçiriləcək
19.11.2018
Neftin qiyməti bahalaşmaqda davam edir
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info