Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycanın tərəqqisinə xüsusi diqqət yetirib
Tarix: 02.05.2018 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


“Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri var. Ulu Öndər ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanın tərəqqisinə xüsusi diqqət yetirib”.
Bu fikir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar keçirilən “dəyirmi masa”da səsləndirilib.
İnstitutdan bildirilib ki, tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra institutun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində bu gün Azərbaycan yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrilib.
“Dəyirmi masa”da institutun şöbə müdirləri Qasım Hacıyev, Vahid Ömərov və Ramilə Dadaşova, gürcüstanşünaslıq şöbəsinin aparıcı elmi işçisi Elnur Kəlbizadə, ermənişünaslıq şöbəsinin əməkdaşı Aydın Eyvazov və başqaları ulu öndər Heydər Əliyevin nəsillərə örnək olan siyasi fəaliyyətindən danışıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info