“Jewish Journal”: “Holokost dövründə Azərbaycan yəhudi qaçqınlar üçün sığınacaq yeri olub”
Tarix: 02.05.2018 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Amerikada çıxan “Jewish Journal” nəşrində Azərbaycanın yəhudi icmasının rəhbəri Milix Yevdayevin “Antisemitizmə qarşı mübarizədə və mükəmməl cəmiyyət quruculuğunda həmrəyliyin gücü” sərlövhəli məqaləsi dərc edilib. Materialda Azərbaycanın nümunəsində antisemitizmin olmamasının, habelə inklüzivliyin və tolerantlığın vacibliyindən bəhs edilir. Müəllif Almaniyada antisemitizmə qarşı mübarizədə həmrəylik əlaməti olaraq keçən həftə keçirilmiş “Kipalıların yürüşü” barədə söhbət açaraq Avropada, Amerikada və bütün dünyada antisemitizmin artması problemindən bəhs edir.
Milix Yevdayev “Antidiffamasiya liqası” tərəfindən bu yaxınlarda aparılmış tədqiqatın nəticələrinə istinadla qeyd edir ki, 2017-ci ildə təkcə Birləşmiş Ştatlarda antisemitizm hallarının əvvəlki ildəkinə nisbətən 60 faiz artması qeydə alınıb. Lakin dünyada antisemitizmin artması faktlarına baxmayaraq, Yevdayev ümidvar olduğunu bildirir ki, Azərbaycanda müşahidə olunan konfessiyalararası və mədəniyyətlərarası harmoniya və tolerantlıq modelini dünyanın qalan hissələrində də tətbiq etmək mümkün olacaq. Müəllif vurğulayır ki, sosial harmoniya Azərbaycan cəmiyyətinin kökündəki milli identiklikdən irəli gəlir. O yazır: “Bizim musiqimizdə, incəsənətimizdə, təhsil proqramlarımızda, qanunlarımızda və liderlərimizdə təzahür edən sosial harmoniya bizim cəmiyyətin hər bir səviyyəsində möhkəmlənir”.
Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycanda yəhudi millətindən olan parlament üzvləri ölkə vətəndaşlarını bərabər hüquqla təmsil edir. Azərbaycanda yəhudi mətbəxi yeməklərini şagirdlərə pulsuz təklif edən ümumtəhsil məktəbləri, ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən tikilmiş və ya yenidən qurulmuş gözəl sinaqoqlar var. Təəccüblü deyil ki, bu yaxınlarda keçirilən seçkilərdə İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini toplayaraq yenidən prezident seçildi. Bu da təəccüblü deyil ki, ölkənin yəhudi icmasının hər bir nümayəndəsi İlham Əliyevə səs verib. Prezident Əliyev müntəzəm sürətdə Azərbaycandakı yəhudilərin imkanlarını qoruyan və genişləndirən dəyərlər uğrunda mübarizə aparır. Bu dəyərlər yəhudilərin Azərbaycanda 2000 il ərzində yaşamasını təmin edib, yəhudi icmasını müxtəlif hücumlardan qoruyub, onlara müxtəlif resurslar, torpaq və ölkənin həyatında iştirak etmək üçün bərabər hüquqlar verib.
Azərbaycan yəhudi icmasının rəhbəri öz məqaləsinin sonunda yazır ki, Holokost dövründə Azərbaycan yəhudi qaçqınlar üçün sığınacaq yeri olub və nasistlərə qarşı yorulmadan mübarizə aparıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info