“World Mining” jurnalında Azərbaycanın əlvan metal sənayesinə həsr olunan məqalə dərc edilib
Tarix: 02.05.2018 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Mədən sənayesində dünyanın aparıcı və məşhur nəşrlərindən biri olan Böyük Britaniyanın “World Mining” jurnalında “Azərbaycanın əlvan metal sənayesi yeni inkişaf mərhələsində” başlıqlı geniş məqalə dərc edilib.
Məqalədə Azərbaycanda yaradılan əlverişli investisiya mühiti, hökm sürən sosial-iqtisadi və ictimai-siyasi sabitlik, hökumətin qeyri-neft sektorunun inkişafını dəstəkləməsi və mədən sənayesinin perspektivlərindən geniş söhbət açılıb. Qeyd olunub ki, mədən sənayesində mövcud potensialı reallaşdırmaq üçün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Sərəncama əsasən “AzerGold”a ölkə ərazisində yerləşən perspektivli əlvan metal sahələrinin tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması həvalə edildiyi diqqətə çatdırılıb.
Məqalədə “AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsindən 2017-ci ildə 77,340 milyon dollar dəyərində qiymətli metal ixrac edildiyindən bəhs olunub. Bununla yanaşı, Avropanın ən iri polimetal yataqlarından biri olan Balakəndəki Filizçay yatağında aparılan qiymətləndirmə işləri, həmçinin Balakəndə yerləşən digər yataqda – Mazımçayda, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa sahəsində, Göygöl rayonu ərazisində yerləşən Kürəkçay sahəsində, Şəmkir rayonu ərazisində yerləşən Qaradağ yatağında həyata keçirilən davamlı fəaliyyət jurnal səhifələrində işıqlandırılıb.
Korporativ Sosial Məsuliyyət beynəlxalq səviyyəli hasilatçı şirkətlərdə olduğu kimi “AzerGold” QSC-nin fəaliyyətində də əhəmiyyətli yer tutduğuna görə məqalədə bu istiqamətə xüsusi diqqət ayrılıb. Çovdar filiz emalı sahəsində çalışan insanların əksəriyyətinin ətraf bölgələri təmsil etdiyi, yerli icmalarla mütəmadi görüşlərin təşkil olunduğu, onların sosial rifahının yaxşılaşdırılması üçün sosial dəstək layihələrinin icra edildiyi, ətraf mühitin mühafizəsi istiqamətində tədbirlərin həyata keçirildiyi bildirilib.
Qeyd edək ki, “World Mining” jurnalının dünyanın 40-dan çox ölkəsində top-menecerlər, direktorlar və potensial investorları əhatə edən 70 mindən çox oxucu auditoriyası var.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info