Putinin hədiyyəsinin təqdimatı olub
Tarix: 06.06.2013 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə (MATM) göndərdiyi xatirə hədiyyəsinin təntənəli təqdim olunması mərasimi keçirilib.
MATM-ın direktoru, akademik Nailə Vəlixanlı bu mərasimin muzeyin həyatında çox mühüm hadisə olduğunu bildirib. Nailə Vəlixanlı hədiyyənin Rusiya ilə Azərbaycan arasındakı mədəni əlaqələrin inkişafının və dostluq münasibətlərinin tərənnümü olduğunu deyib: “Bu hədiyyə 1812-ci ildə Rusiya İmperiyasında baş verən müharibədəki qələbənin şərəfinə verilən medalların bir nüsxəsidir. Çox sevinirik ki, hədiyyə Avropanın digər beş aparıcı muzeyləri ilə yanaşı, bizə də verilib. Bu hədiyyəni Rusiyanın Azərbaycanla tarixi dostluq əlaqələrinin təcəssümü kimi qəbul edirəm. Əminəm ki, bu hədiyyə dostluğumuzu daha da sıxlaşdıracaq”.O, ölkələr arasında əlaqələrin bundan sonra da davam edəcəyini deyib. Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri V.Doroxin hədiyyənin bir nüsxəsinin də Azərbaycan Respublikasının Prezidentinə təqdim edildiyini söyləyib: “Rusiya Prezidenti adından bu hədiyyəni ilk olaraq Prezident İlham Əliyevə təqdim etdim. İndi isə bu medalları muzeyə hədiyyə etməkdən dolayı özümü xoşbəxt hiss edirəm. Əminəm ki, hədiyyəmiz Azərbaycan xalqının ürəyincə olacaq və muzeyin dəyərli eksponatları arasında öz yerini tutacaq”. Vladimir Doroxin Azərbaycana gəldiyi vaxtdan ilk ziyarət etdiyi yerlərdən birinin məhz Milli Azərbaycan Tarixi Muzeyi olduğunu deyib. Hədiyyə “1812-ci il Vətən müharibəsinin 200 illiyinə xatirə” medallarından və Fyodr Tolstoyun 1812-ci il Vətən müharibəsinə həsr edilmiş tarixi seriyadan olan 20 medalın surətindən ibarətdir. Tədbirin sonunda səfir muzey direktorunun müşayiəti ilə muzeyi gəzib.




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin
15.07.2019
Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib: püşkatma yolu ilə
15.07.2019
“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş keçirilib
15.07.2019
Вот так сейчас выглядит мавзолей Насими в Алеппо - FOTO
15.07.2019
“Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti və qarşıda duran vəzifələr”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
4 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info