Lyuis Hemilton “PETRONAS”ın Bakıda keçirdiyi ziyafətin əsas qəhrəmanı olub
Tarix: 02.05.2018 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən “Formula 1” yarışlarının Azərbaycan Qran-prisinin kvalifikasiya mərhələlərindən sonra “PETRONAS” beynəlxalq qaz şirkəti tərəfindən tərəfdaş və distribütorlar üçün axşam ziyafəti təşkil olunub. Tədbirin əsas qəhramanı “Mercedes AMG PETRONAS F1” komandasının britaniyalı pilotu, dördqat dünya çempionu Lyuis Hemilton olub.

Ziyafət çərçivəsində “Mercedes AMG PETRONAS F1” komandasının “Mercedes-Benz Motorsport”un kommunikasiya üzrə direktoru Bredli Lord tərəfindən keçirilən mətbuat konfransı təşkil olunub. Lyuis Hemilton yarışın yeni texniki reqlamenti, çətin, lakin eyni zamanda, olduqca maraqlı Bakı trassasının nüansları və yarışın bazar günü keçiriləcək son mərhələsində planları haqqında danışıb.

“Bakıya artıq üçüncü dəfə gəlirik və mən buna olduqca şadam. Ötən iki illə müqayisədə bu hava daha sərindir, lakin buna baxmayaraq yarışlar qızğın keçir. Amma başa düşə bilmirəm – niyə Azərbaycanı “Odlar diyarı” adlandırırlar? Burada daim küləklər əsir, mən bu ölkəni “küləklər diyarı” adlandırardım. Bakı trassası ən çətin və sürətli şəhər trassalarındandır – burada sürət olduqca yüksəkdir, döngələri görmək çox çətindir. Məhz bütün bunlar yarışlara olan marağı artırır. Bakıda heç vaxt qalib gəlməmişəm. Başa düşürəm ki, bu, heç də asan olmayacaq, lakin mənim əsas məqsədim – birinci olmaqdır”, - deyə L. Hemilton bildirib.

“Mercedes AMG PETRONAS F1” komandasının pilotu “PETRONAS” şirkəti ilə əməkdaşlıqdan da danışıb: “Bizim “PETRONAS” ilə məqsədlərimiz üst-üstə düşür və sözügedən şirkətlə əməkdaşlıq etmək mənim üçün böyük şərəfdir. Əgər bolidin ürəyi onun mühərrikidirsə, mühərrikin ürəyi yağdır. Yarışın reqlamentinə əsasən, bu il biz yalnız üç mühərrik istifadə edə bilərik, yəni, bir motorla biz 7 yürüş həyata keçirməliyik. Bu baxımdan bizə “PETRONAS”ın texnologiyaları kömək edir. Əvvəllər mühərriklər daha çox yanacaq sərf edirdisə, artıq bu gün biz az yanacaq istifadə edərək yaxşı nəticələr əldə edə bilirik. Bizim mühərrik olduqca gözəldir”.

Elektrokarlar yürüşü və Lyuis Hemiltonun bu yarışlarda iştirakının mümkünlüyü barədə jurnalistlərin sualını cavablandıran pilot qeyd edib ki, bu cür yarışlar (“Formula E”) hazırda çox aktiv inkişaf edir: “Mən başa düşürəm ki, ətraf mühitin qorunması olduqca vacib məsələdir, lakin ümid edirəm, mənim “Formula 1” yarışlarında çıxış edəcəyim növbəti 5 il ərzində biz elektrik bolidlərə keçməyəcəyik. Mən yanacaqla işləyən bolidlərlə çıxış etmək istərdim, belə ki, məhz yanacaq mühərriklərinin səsi yarışlara xüsusi həzz və ehtiras əlavə edir”.

Bazar gününün yürüşü “Mercedes AMG PETRONAS F1” komandasının britaniyalı pilotuna uğur gətirib: o, Azərbaycan Qran-prisinin qalibi olaraq öz arzusuna çatıb. 2016-cı ildə Azərbaycanda keçirilən “Formula 1” yarışının debüt mərhələsinə L. Hemilton ikinci yerə layiq görülmüşdü, ötən il isə trassada baş verən toqquşma nəticəsində təhlükəsizlik məqsədilə o, pit-stopda bolidin ehtiyat hissəsini dəyişməyə məcbur olub və fimişə beçinci çatıb.

“Fairmont Baku” hotelində təşkil olunmuş axşam ziyafətinin iştirakçıları hazırda dünyanın ən yaxşı pilotlarından biri ilə ünsiyyət qurmaq imkanı əldə ediblər. Qonaqların emosiyaları və təəsüratları, avtoqraflar və fotosessiya, həmçinin “Formula 1” yarışı barədə intəhasız söhbətlər axşama xüsusi rəng qatıb.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info