BANM-da Tələbələrin Respublika elmi-texniki konfransı yekunlaşıb
Tarix: 02.05.2018 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Tələbələrin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Respublika elmi-texniki konfransı yekunlaşıb. 30 aprel – 2 may tarixlərində davam edən konfransda beş bölmə üzrə aktual mövzularda müxtəlif təqdimatlar dinlənilib. Ümumilikdə bütün bölmələr üzrə 68 məruzə təqdim edilib ki, bunun 35-i BANM-in tələbələrinə, qalanı isə konfransda iştirak edən 10-a yaxın müxtəlif universitetlərin tələbələrinə aiddir.
Konfransın bağlanış mərasimində çıxış edən BANM-ın rektoru Elmar Qasımov artıq 6-cı ildir ki, keçirilən bu konfransın bu il yalnız BANM-in hüdudları çərçivəsində deyil, ölkə üzrə müxtəlif universitetlərin iştirakı ilə daha geniş şəkildə keçirilir. Rektor qeyd edib ki, BANM-də tələbələri elmi-tədqiqata həvəsləndirən hər bir təşəbbüs dəstəklənir, bilik mübadiləsinin həyata keçirilməsi üçün müxtəlif tədbirlər təşkil edilir. “Belə tədbirlərin keçirilməsi tələbələr arasında elmi məlumatın mübadiləsi, onların apardıqları tədqiqatların nəticələrinin ictimaiyyətə təqdim olunması üçün böyük əhəmiyyət daşıyır.” – deyə Elmar Qasımov bildirib.
Konfransın sonuncu günü həmçinin tələbələrin məruzələrinin qiymətləndirilməsi və mükafatlandırılması keçirilib. Ümumilikdə beş bölmə üzrə 7 nəfər tələbə birinci dərəcəli, 9 nəfər tələbə isə ikinci dərəcəli diplom əldə ediblər. Daha 9 tələbənin məruzəsi isə xüsusi mükafata layiq görülüb. Ali məktəbin rektoru Elmar Qasımov qaliblərin hər birini təbrik edərək, onlara konfransda əldə etdikləri nailiyyətə görə diplomlar təqdim edib.
Qeyd edək ki, qalib iştirakçıların 9-u BANM-in, 16-sı isə digər universitetlərin tələbələridir. Konfransda öz məruzələri ilə qalib olan tələbələr eyni zamanda BANM-in əməkdaşlıq etdiyi, neft-qaz sektoru üzrə fəaliyyət göstərən bir çox transmilli şirkətlərin nümayəndələri tərəfindən təqdim olunan hədiyyələrlə mükafatlandırılıblar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info