İgityan: ”Ermənistanı bütün dünyada rüsvay ediblər”
Tarix: 02.05.2018 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


«Ermənistanın Respublika Partiyası baş nazir seçkisinə səsvermə zamanı normal partiya olmadığını bir daha ortaya qoydu. Bu partiyada yığılanların əksəriyyəti öz maraqlarına xidmət edən və böyük bir nəzarət təzyiqi altında olan insanlardır. Bu partiya, bir növ, hansısa digər fikirləri olmayan, durğunluq dövrünün Kommunist Partiyasına bənzəyir». Bu fikirləri «1in.am» saytına beynəlxalq münasibətlər üzrə mütəxəssisi, politoloq Ovannes İgityan mayın 1-də ölkə parlamentində keçirilən səsverməni şərh edrkən bildirib.
İgityana görə, parlamentdə Nikol Paşinyana qarşı çıxan Respublika Partiyası erkən parlament seçkilərində təkrar səs çoxluğu qazanmağa ümidlidir: « Mən, parlamentdə Respublika Partiyasınını təmsil edən 58 nəfərdən birinin belə öz ağılından irəli gələn bir şey düşünməyə qadir olduğuna inanmıram. Bu gün onları parlamentdə oturmayan, deputat olmayan şəxslər idarə edirlər. Mən idarə edənlərin iki nəfər olduğuna da şübhə etmirəm. Belə ki, burada söhbət Serj Sarkisyan və Robert Koçaryandan gedir. Hazırda bütün qərarları bu şəxslər qəbul edirlər. Ancaq bu partiya, deyəsən, fikir itkisi ilə üzləşib və Ermənistanda qurbanlıq masasında nəyin olduğunu hələ də dəqiq bilmirlər. Ona görə mən belə düşünürəm ki, bu gün Respublika Partiyası rəhbərləri öz resurslarından yararlanmaq yolu ilə yenidən parlamentə qalib kimi gedəcəklərini düşünürlər». İgityan artıq Respublika Partiyası üçün bu ssenarinin işləməyəcəyini bildirir. Onun fikincə, xalq artıq hər şeyi görür və inanıram ki, heç bir halda buna icazə verməyəcək. Çünki bu gün Ermənistan bu prosesin ədalətli həlli imkanını dünyaya göstərmək imkanı qazanıb: «Hakim partiyadan olan bu 58 deputat Ermənistanı bütün dünyada rüsvay ediblər. Məhz onların yarıtmaz fəaliyyətinin nəticəsidir ki, bu gün beynəlxalq aləm erməni xalqının bu çətin zamanda ağıllı qərar qəbul edə bilməsinə tərəddüdlə yanaşır» .
Xatırladaq ki, Respublika Partiyasını təmsil edən 58 deputatdan yalnız biri- Feliks Solakyan Paşinyanın lehinə səs verib.
Maraqlıdır ki, Respublika Partiyasının hakimiyyətdə olduğu müddətdə hökumət modelinin təhrif olunduğunu bildirən erməni iqtisadçı Movses Aristakesyan Paşinyanın bu problemləri həll edə biləcəyinə inandığını bildirir: «Mən düşünürəm ki, yeni hökumətin şüarı dövlət maraqlarının prioriteti olmalıdır. Sonrakı mərhələdə bu, kollektiv və yalnız sonda - şəxsi maraqların prioritetinə çevrilməlidir. Lakin hazırkı hakimiyyətdə bu məntiqə zidd tərzdə, əsasən, öz maraqları barədə düşünərək hərəkət edirdilər». Erməni iqtisadçı Nikol Paşinyan və onu əhatə edən gənclər qrupunun, bu şüarı tam mənası ilə təmin edərək yeni bir hökumət qura biləcəyini istisna etmir.
Sosial şəbəkələrdə Serj Sarkisyanın cəmiyyətdən uzaq biri olduğu barədə yazdığını bildirən başqa bir erməni politoloq Qaqiuk Qambaryan son hadisələr zamanı Sarkisyanla yanaşı, onun idarə etdiyi siyasi partiya və parlament fraksiyasının da bu qəbildən olduğunu bildirib: «Bu fraksiya üzvləri bundan ağıllı qərar qəbul edə bilməzdilər. Çünki daha çox karyeristlərin təmsil olunduğu bu partiya artıq çoxdan xalqın rəyinə tüpürüb».
«1in.am» saytına daşışan politoloq Respublika Partiyasının öz hakimiyyətini qorumaq üçün öz xalqının təhlükəsizliyi ilə əlaqəli təxribatlara belə, getməyə hazır olduğunu faciə kimi dəyərləndirir: «Onların 10 illik hakimiyəti də şantajla keçib. Məgər xalqın onlara necə nifrət etdiklərini görmürlər? Məncə, özünə dəyər verən hər bir kəs bunu anlayaraq, hakimiyyətdən getməlidir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info