Misirdə Azərbaycan dilini tədris edən tədqiqatçı alim
Tarix: 02.05.2018 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, Qahirə Universitetinin müəllimi, tədqiqatçı alim Seymur Nəsirovla doğulub boya-başa çatdığı Astara rayonuna gəlib. Ürəyi hər zaman Vətən sevgisi ilə döyünən həmyerlimiz 20 ildən çoxdur ki, Misirdə ölkəmizi layiqincə təmsil edir. Bu illər ərzində davam edən elmi tədqiqatlar nəticəsində o, 700-ə yaxın müxtəlif mənbələrdən Azərbaycanın görkəmli şəxsiyyətləri barədə yeni məlumatlar əldə edib.
Misirdə Azərbaycan dilini tədris etməkdən qürur duyduğunu qeyd edən həmyerlimiz deyib: “Çoxdankı arzum 2016-2017-ci tədris ilində reallaşdı. Qahirə Universitetində Azərbaycan dilinin tədrisinə başlayanda sevincim yerə-göyə sığmırdı. Artıq Misirin üç nüfuzlu universitetində yüzlərə tələbəyə Azərbaycan dilini tədris etməklə onlara ölkəmizin tarixi, mədəniyyət və incəsənəti haqqında məlumat verirəm. Bu xeyirxah missiyanın həyata keçirilməsində Azərbaycanın Misirdəki səfirinin də böyük dəstəyi olub”.
Onun sözlərinə görə Misirin Əl-Əzhər Universitetinin humanitar fənlər fakültəsinin ardınca dillər və tərcümə fakültəsində də Azərbaycan dilinin tədrisinə başlanılacaq.
Misirdə Azərbaycan dilinin tədrisinin qarşılıqlı əlaqələrin inkişafındakı əhəmiyyətini yüksək dəyərləndirən S.Nəsirov bildirib ki, hazırda bu ölkənin ən mötəbər universitetlərində və rəhbərlik etdiyi “Halqa” Fondunun Qahirədəki ofisində 600 nəfərdən çox tələbə Azərbaycan dilini öyrənir.
“Bu gün ailədə Azərbaycan dili kimi, ərəb dilində də rahat danışırıq. Həyat yoldaşım Misirin Aynu-Şəms Universitetində dillər fakültəsinin ərəb dili bölməsini bitirib. Hazırda Azərbaycanın Misirdəki Diaspor Mərkəzində və bir neçə ali təhsil ocağında xarici tələbələrə Azərbaycan dilini tədris edir. Övladlarım - 11 yaşlı Əli və 9 yaşlı Mustafa orta məktəbdə ərəb və ingilis dillərində təhsil alırlar. Onların gələcəkdə ərəbşünas olması məni çox sevindirir. Çünki, hazırkı dövrdə Azərbaycanda ərəb dilini mükəmməl bilən mütəxəssislərə böyük ehtiyac var”,- deyə bildirib.
Seymur Nəsirovun gördüyü işlər dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Belə ki, o, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, S.Nəsirov 1998-ci ildə Bakı İslam Universitetini, 2002-ci ildə Misirdə Əl-Əzhər Universitetinin islamşünaslıq və ərəb dilinin filologiyası fakültəsini bitirib. 2006-cı ildə Misir Fətva Evində dörd il təhsilini davam etdirən həmyerlimiz 2011-ci ildə Qahirə Açıq Amerika Universitetində ərəb dili və ədəbiyyatı üzrə magistraturanı əla qiymətlərlə başa vurduqdan sonra öz ixtisası üzrə doktorantura təhsilini davam etdirib. O, bir sıra sanballı əsərlərin müəllifidir.
S.Nəsirov 2003-cü ildən Misir müftisi, professor Şeyx Əli Cümənin xarici tələbələr üzrə köməkçisi, 2007-ci ildən “Halqa” Fondunun təlim mərkəzinin, 2011-ci ildən isə Qahirə şəhərindəki “Halqa” Fondunun təsisçilərindən biri və baş direktorudur.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info