“Azərbaycanda nəhəng potensial var”
Tarix: 06.06.2013 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


“Caspian Power-2013” sərgisində biz, ilk növbədə, elektrik sayğacları, elektrik enerjisinin kommersiya uçotu üzrə avtomatlaşdırılmış məlumat təhlili sistemləri və sayğacların yoxlanması, sazlanması və tənzimlənməsi üçün metroloji avadanlıqlardan ibarət yeni məhsullar təqdim edirik”. Bunu Bakıda keçirilən III Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin (“Caspian Power-2013”) iştirakçısı olan Rusiyanın “Enerqomera” şirkətində marketinq şöbəsinin aparıcı mütəxəssisi Vyaçeslav Lebedev deyib. O qeyd edib ki, “Enerqomera” şirkəti elektrik enerjisinin qeydiyyatı üçün cihaz və sistemlərin istehsalı sahəsində Rusiya bazarının lideridir. Şirkətin strukturuna elektrotexniki cihazlar üzrə ixtisaslaşan dörd zavod, o cümlədən şirkətə məxsus elektron cihazqayırma institutu daxildir: “Biz hər il üç milyondan çox sayğac istehsal edirik.
Azərbaycanda nəhəng potensial var və yerli bazar bizim üçün müəyyən perspektivlər yaradır. Biz çoxdandır ki, sizin nümayəndələrlə əməkdaşlıq edir, enerji şirkətlərinə sayğaclar satır, habelə elektrik enerjisinin kommersiya uçotu üzrə avtomatlaşdırılmış sistemlərin tətbiqində iştirak etməyi planlaşdırırıq. Təkliflərimiz arasında öz məhsullarımız da var. Belə ki, biz elektrik enerjisi uçotu üçün proqram və texniki vasitələrin tam çeşidini istehsal edirik. Burada geniş fəaliyyət üçün münbit şərait var, üstəlik “Azərenerji” şirkəti də bizim çoxdankı tərəfdaşımızdır. Biz bu sərgidə ilk dəfə iştirak edirik və ümidvarıq ki, burada yeni işgüzar əlaqələr quraraq biznes tərəfdaşlarımızın sayını artıra biləcəyik. Bu isə müsbət nəticə əldə etməyimizə öz təsirini göstərəcək”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info