Gəncə 2019-cu ildə Avropanın İdman Şəhəri tituluna namizəddir
Tarix: 03.05.2018 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Gəncənin 2019-cu ildə Avropanın İdman Şəhəri tituluna namizədliyi irəli sürülüb. Bu münasibətlə “ACES Europe” təşkilatının nümayəndə heyəti Gəncə şəhərinə səfər edib.
ACES Europe təşkilatının prezidenti Gian Françesko Lupattelli, təşkilatın vitse-prezidenti Con Svanson, İdarə Heyətinin üzvü Lukas Vorel-Adams, Beynəlxalq İnkişaf bölməsinin rəhbəri Xavier Rodriqo və baş katibi Huqo Alonsodan ibarət olan nümayəndə heyəti Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Elmar Vəliyev nümayəndə heyətinə Gəncənin keçdiyi tarixi inkişaf yolu, xüsusən son illərdə şəhərdə həyata keçirilən bir sıra beynəlxalq layihələr haqqında ətraflı məlumat verib. Gəncənin Avropanın İdman Şəhəri tituluna layiqli namizəd olduğunu bildirən “ACES Europe” təşkilatının prezidenti Gian Françesko Lupattelli və nümayəndə heyətinin üzvləri burada keçirilən yarışlar və əldən olunan nailiyyətlərlə maraqlanıblar. Nümayəndə heyətinə Gəncədə fəaliyyət göstərən idman məktəbləri, orta və ali təhsil ocaqlarında yaradılan şərait, park və xiyabanlarda sakinlərin istifadəsinə verilən idman qurğuları barədə ətraflı məlumat verilib. Gəncədə uşaqlar, qadınlar və əllilərin idmanla rahat məşğul olmaları üçün yaradılan şəraitdən də söz açılıb. Bildirilib ki, Avropanın İdman Şəhəri tituluna namizəd olan Gəncədə il ərzində sosial şəbəkələrdə “Gəncə AİŞ 2019-a namizəd” adı altında səhifələr yaradılacaq. Bu səhifələrdə il ərzində şəhərdə keçirilən idman tədbirləri haqqında məlumatlar yerləşdiriləcək. Həmçinin idman və gənclər təşkilatlarının təmsil olunduğu Təşkilat Komitəsi yaradılacaq. İdman tədbirlərinin hazırlanması və icrasında könüllü qrupların fəaliyyətindən də istifadə olunacaq. “Gəncə AİŞ 2019” loqosunun hazırlanaraq ictimaiyyətə təqdim olunması da görüləcək işlər sırasındadır. Koordinasiya işlərini “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyi və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi həyata keçirəcək. Qeyd edək ki, “ACES Europe” - Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyası Avropa Parlamentinin idman siyasətini həyata keçirən təşkilatdır. “ACES Europe” hər il 9-19 şəhərə Avropa İdman Şəhəri, 1 şəhərə isə Avropa İdman Paytaxtı titulu verir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info