Ukrayna Donbasda həyata keçirilən əməliyyatların formatını dəyişdi
Tarix: 03.05.2018 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Donbasda həyata keçiriləcək əməliyyatlara rəhbərlik Ukrayna Təhlükəsizlik Xidmətindən birbaşa hərbçilərin nəzarətinə keçib

Ukrayna hakimiyyəti Donbasdakı münaqişəsinin üç həll variantını nəzərdən keçirir. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə işğal olunmuş ərazilər və məcburi köçkünlərin işi üzrə nazir müavini Yuri Qrımçak bildirib. Onun sözlərinə görə, birinci variant “sırf hərbi əməliyyatı” nəzərdə tutur.
Lakin Yuri Qrımçak bu variantından istifadə ehtimalının çox az olduğunu qeyd edib: “Xorvatiyada Serbskaya Kraina və Şərqi Slavoniya var idi. Serbskaya Kraina hərbi yolla - Xorvatiya ordusunun keçirdiyi əməliyyat nəticəsində azad edilmişdi. Lakin Serbiya ordusu o zaman kazarmalarda qalaraq Xorvatiya ordusuna qarşı çıxış etməmişdi. Miloşeviç o zaman elə bir vəziyyətə qoyuldu ki, ordusunun hərbi münaqişəyə qarışmayacağına dair zəmanət verməli oldu”. Qrımçak Kiyevin Şərqi Slavoniyada tətbiq edilmiş üçüncü həll variantını əsas nizamlanma üsulu saydığını bildirib. Onun sözlərinə görə, burada söhbət sülhməramlı missiyadan gedir. “Həmçinin silahlıların tərk-silah edilməsi, əraziləri Ukraynanın nəzarətinə qaytarmaq üçün beynəlxalq keçid administrasiyasının yaradılması nəzərdə tutulub” - deyə Qrımçak vurğulayıb. Xatırladaq ki, Ukrayna dövlət başçısı Poroşenko Donbasda antiterror əməliyyatlarının başa çatması ilə bağlı əmr imzalayıb. Bunun əvəzində regionda Ukrayna Birləşmiş Qüvvələrinin əməliyyatları başlayıb. Rəsm Kiyev hesab edir ki, əvvəlki mübarizə forması artıq öz əhəmiyyətini itirib. Bundan sora Donbasda həyata keçiriləcək əməliyyatlara rəhbərlik Ukrayna Təhlükəsizlik Xidmətindən birbaşa hərbçilərin nəzarətinə keçib. Ukrayna Birləşmiş Qüvvələrinin rəhbəri Sergey Naev bildirib ki, Donbasda həyata keçiriləcək əməliyyatlar bundan sonra antiterror yox, hərbi əməliyyatlar olacaq. O qeyd edib ki, qondarma qurumlar terror təşkilatları kimi tanındığından onlara qarşı antiterror əməliyyatları həyata keçirilirdi. Amma faktiki olaraq ölkə ərazisinin bir hissəsi işğal edildiyindən orada hərbi əməliyyatlar aparılacaq. Naev əməliyyatların formatının dəyişməsinin döyüşləri aktivləşdirməyəcəyini də qeyd edib: “Biz döyüş əməliyyatlarının aktivləşəcəyini gözləmirik. Ukrayna Birləşmiş Qüvvələrinin məqsədi sülhü bərpa etmək, istənilən süni baryer və bölünmə xətlərini ləğv etməkdir. Biz konflikt yaratmağa yox, onu sona çatdırmağa gəlmişik”. Əməliyyatın formatının dəyişməsinin ABŞ tərəfindən Ukraynaya yeni “Javelin” raket sistemləri verməsi ilə üst-üstə düşməsi diqqət çəkir. Ukrayna müdafiə naziri Stepan Poltorak artıq mayın 2-dən etibarən yeni silahların orduya qəbul ediləcəyini bildirmişdi. Ukrayna Birləşmiş Qüvvələrinin komandanı Naev isə bildirib ki, Donbasda onun tabeçiliyində olan qüvvələrin arsenalında “Javelin” tank əleyhinə raket sistemləri yoxdur. Barak Obamanın verməyi yubatdığı yeni silahları Tramp administrasiyası Kiyevə təqdim etməyə başlayıb. Moskva hesab edir ki, tank əleyhinə yeni silahların Ukraynaya verilməsi Donbasda münaqişənin yenidən alovlanmasına səbəb ola bilər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info