Bir qrup “mühacir”in erməni sevdası
Tarix: 03.05.2018 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Son dövrlərdə siyasi mədəniyyətin aşağılanması, siyasi münasibətlərdə qeyri-etik davranışların sərgilənməsi kimi anormal halların şahidi oluruq ki, bu da xaricdə sığınacaq alaraq öz ölkəsinə qarşı tamamilə fərqli, təhqir və küçə səviyyəsində mübarizə aparan beş-on nəfərin əməllərinin nəticəsidir. Daha çox Orduxan Temirxan, Tural Sadıqlı və Məhəmməd Mirzəli adlı gənclərin bu işdə aktiv olduqlarını nəzərə alsaq, deyə bilərik ki, bu fəaliyyət genişmiqyaslı deyil. Amma burada bir problem də var ki, heç bir siyasi savadı olmayan bu gənclər sosial şəbəkələr vasitəsilə müxtəlif videolar çəkib, ya da statuslar yazıb ictimai şüura təsir etməyə çalışırlar.
Bəlkə də bu gün sosial şəbəkələr olmasaydı və ya indiki kimi kütləvi şəkildə istifadə edilməsəydi, bu adamları heç kim tanımayacaqdı, sığınacaq aldıqları ölkələrdə ofisiant və s. işləyib başlarını girləyəcəkdilər. İndiki halda isə “münbit şəraitdən” istifadə edən bu qrupa qoşulanlar, sözün həqiqi mənasında, Vətənin, xalqın adını batırmaqdan həzz alırlar. Zatən onların aksiyalarının heç bir effekti olmur. Maraqlıdır, bəs niyə öz əməllərini davam etdirirlər? Yadımdadır ki, bir neçə ay öncə Orduxan Temirxanın “Düzdür, bizim məscid və qəbiristanlıqlarımızda donuzlar saxlayırlar, amma o qəbirləri, abidələri ermənilər dağıtmayıblar” deməsini ermənilər, erməni mətbuatı bəh-bəhlə tirajlamağa başladı. Təbii ki, xaricdə belə anormal gəncləri erməni lobbisi, eləcə də Azərbaycanı sevməyən digər qüvvələr göydə axtarırlar. Öz dili ilə ermənilərin tərəfində olduğunu deyən bir adamı isə çoxdan “verbovka” ediblər desək, yanılmarıq.
Yəni indiki halda effektiv olmayan aksiyaların davam etdirilməsinin bir səbəbi var ki, o da “erməni dayı”larından aldıqları tapşırıqlardır. Bir daha qeyd edirik ki, bir aksiyanın effektiv olmadığını görən heç bir ağlı başında olan şəxs onu davam etdirməzdi. Küçə metodlarıyla aparılan bu aksiyaların davam etməsi, doğrudan da, gülünc doğurur.
Hələ üç-dörd ay öncə yazmışdıq ki, bu söyüşcül gənclərin məhz seçki ilində belə aktiv fəaliyyətə keçmələri bəzi mərkəzlərdən alınan tapşırıqlara bağlı idi. Seçkilər bitdi və təbii ki, bunlardan istifadə edən həmin mərkəzlər qrupu əllərində saxlamaq, gələcəkdə yenidən aktiv şəkildə istifadə etmək üçün onlara dəstəyi davam etdirməli idi.
Bu gənclər “hansı məzhəbə, dinə qulluq edirlər”, anlamaq olmur. Bir ölkədən başqasına köçməkdə problem yoxdur, lap öz ölkəni bəyənməməni də bağışlamaq olar. Amma sən Hollandiya, Almaniyadan tutmuş dünyanın o başına - Amerikayacan gedib (müəmmalı maliyyə mənbələrinin dəstəyi sayəsində), küçələrdə öz ölkən haqqında təhqiramiz aksiyaları niyə keçirəsən, axı? Tutaq ki, beş-on alman şəkildəki şüarlarınızı tərcümə edib anladı və ya sənin ölkən haqqında bu “neqativ halları” qavradı, onun beyninə yeritdin. Hə, sonra? O almanmı sənin nicatındır? Yoxsa o ingilis, fransız, alman sənə “əhsən”, “sənə bir əla” deyəcək? Nə dəyişəcək, axı? Olmazdımı ki, Ermənistan səfirlikləri qarşısında da aksiyalar keçirəsiniz? Öz ölkəniz haqqında təhqiramiz fikirlər bildirəndə, bir dəfə də erməni vandallığıyla bağlı danışardınız. Görünür, olmazmış... Axı harada görünüb ki, nökər öz ağasına qarşı çıxsın və ağa da onu cəzalandırmasın? Yəni erməni lobbisi, və ya lobbiyə bağlı adamlardan, təşkilatlardan dəstək alan bu adamlar heç vaxt onlara qarşı çıxmadılar, çıxmayacaqlar da...
Qısası, bu söyüş kampaniyasında, erməni amili danılmazdır. Erməni amili demişkən, seçkilər bitəndən sonra bu adamların əllərində heç bir mövzu olmaması onları başqa iyrənc metodlara da vadar edib. İndi gündəmdə qalmaları üçün Ermənistanda baş verən siyasi prosesləri, xaotik vəziyyəti aktiv şəkildə sosial şəbəkələrdə paylaşaraq Azərbaycan xalqına öz havadarlarının necə qəhrəman olmalarını aşılayırlar. Onları aktiv şəkildə izlədikdə aşkar görürsən ki, az qala, hər statuslarında xalqın başına vururlar ki, “Sən passiv xalqsan, erməni aktiv millətdir”. Anlamırlar ki, ermənilər küçələrə çıxaraq iqtisadi burulğanın mərkəzində olan ölkəni indi də siyasi uçuruma aparırlar. Hələ də baş nazir seçə bilməyən bir ölkəni, 90-cı illərin Azərbaycanını xatırladan siyasi meydanı bizim üçün arzu edənlər xalqa ağıl öyrədirlər, erməni kimi olmağa səsləyirlər. Bu “küçə təbliğatçıları” daha anlamırlar ki, xalq öz seçimində yanılmayıb, Ermənistandan fərqli olaraq bizdə mitinqlər üçün heç bir səbəb də yoxdur. Düzdür, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bəzi iqtisadi problemlər var. Amma Ermənistanla Azərbaycanı bu mənada müqayisə etmək, doğrudan da, siyasi naşılıqdan başqa, bir şey deyil... Ermənistan statistika komitəsi belə, dəfələrlə dilə gələrək, rəsmi rəqəmlərdə demoqrafik, miqrasiya problemlərinin olmasını ortaya qoyub. İqtisadiyyatı yaxşı olan ölkədə niyə kütləvi köç olsun, axı? Azərbaycanda isə deyilənlərin əksinə olaraq, iqtisadi inkişaf günbəgün artır. Özü də bunu təkcə Azərbaycanda açıqlanan statistik rəqəmlər demir, xaricdən də kifayət qədər ciddi şəxslərin dilindən səslənir. Uzağa getməyək, iki gün öncə Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə vitse-prezidenti Siril Müllerin Azərbaycan Prezidentini təbrik edərkən səsləndirdiyi fikirdən sitat gətirək: “Dünya Bankı 2030-cu ilədək olan dövrü əhatə edən Azərbaycan Strateji Yol Xəritəsinin icrasını dəstəkləmək əzmindədir. Azərbaycan son on ildə yoxsulluğun azaldılması sahəsində heyrətamiz nəticələrə nail olmuş, sürətli inkişaf yolu keçmişdir. Bu inkişaf sayəsində Azərbaycan digər ortagəlirli ölkələr sırasına qoşulmuşdur. Mən, həmçinin milli iqtisadiyyatın şaxələndirilməsi və ölkənin neft-qaz sənayesindən asılılığının azaldılması, özəl sektorun aparıcı rol oynadığı yeni iqtisadi artım modelinə keçilməsi məqsədilə Azərbaycan iqtisadiyyatının qlobal dəyərlər zəncirinə inteqrasiyasına yardım edəcək hərtərəfli islahatların aparılmasında göstərdiyiniz qətiyyəti təqdir edirəm. Ölkənizin zəngin təbii sərvətlərini və insan kapitalını nəzərə alaraq əminliklə deyə bilərəm ki, Azərbaycanın gələcəkdə inkişafla bağlı bundan da gözəl nəticələr əldə etmək imkanı var”. Məncə, bu sitat erməni sevdalıları, və onlara daxildən dəstək verən müxalif qüvvələr üçün yetərincə əhatəli, tutarlı cavab ola bilər.
Qısası, “ölkə dağılır”, “Azərbaycanda demokratiya yoxdur”, “İqtisadiyyat batır” və s. kimi anormal, yalan şüarlar səsləndirənlər əks fikirləri əcnəbilərin, özü də kifayət qədər ciddi siyasət adamı sayılacaq şəxslərin dilindən eşitsələr yaxşı olar.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info