Gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevirən lider
Tarix: 02.05.2018 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Elman Sadıqov 1978-ci ildə Azərbaycandan kənarda təhsil alıb. Hazırda hüquq mühafizə orqanlarından birində mühüm vəzifədə çalışan Elman Sadıqov deyir ki, o dövr üçün azərbaycanlı gənclərin belə bir arzusunun həyata keçməsi çox çətin məsələ olub. Amma o bu uğura məhz Heydər Əliyevin xaricdə təhsil məsələsini xüsusi diqqət mərkəzində saxlamasının sayəsində nail olub. O həmin dövrlə, ulu ğndərin gənclərin daha çox xaricdə təhsil almalarına çalışması ilə bağlı xatirələrini bizimlə bölüşüb: “Heydər Əliyevin uzaqgörən siyasəti olmasaydı SSRİ dövründə azərbaycanlı gənclər xaricdə təhsil məsələsində ikinci plana atılacaqdılar. Onun xalq qarşısında böyük xidmətlərindən biri də gənclərin təhsili ilə bağlı idi. Xüsusən də onun milli kadr potensialının, həmçinin Azərbaycanın müxtəlif sahələrdə ehtiyac duyduğu nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması istiqamətində atdığı konkret addımlardan söz açmaq istərdim. Fikrimi dəqiqləşdirsəm, gənclərimizin ayrı-ayrı universitetlərdə təhsil almaları yönündə gördüyü işlərdən. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açıldı, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil aldı, müasir ixtisaslara yiyələndilər. Ulu öndər daim azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün səylə çalışırdı, Moskvadan respublikamız üçün ayrılmış müsabiqədənkənar yerlərin sayının artırılmasını israrla tələb edirdi, əksər hallarda isə buna nail olurdu”.
Müsahibim deyir ki, 1970-ci ildə respublikadan kənara oxumağa göndərilən tələbələrin sayı əgər 60 nəfər olubsa, 1975-ci ildə onların sayı 600 nəfərə, 1978-ci ildə 800-900 nəfərə çatmışdı: “Mən də məhz 1978-ci ildə bu gənclər ordusunun sırasında olmuşam. 70-80-ci illərdə 15 mindən çox Azərbaycan gənci keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələndi. Hər il kənarda ali təhsil almağa göndərilən gənclərlə respublika rəhbərinin görüşlərinin keçirilməsi də xoş ənənəyə çevrilmişdi. O respublikaya birinci rəhbərliyi dövründə elə bir il olmamışdı ki, bu ənənədən kənara çıxsın. Heydər Əliyevin yüksək rəhbər qayğıkeşliyini öz taleyində hiss edərək onun xeyir-duası, dəstəyi ilə xaricdə ali təhsil almış gənclərdən biri kimi həmin görüşlərdə iştirakımı bu gün də böyük həyəcanla, qürurla xatırlayıram. Bu gün mənim və mənim kimi yüzlərlə şəxsin həmin uzaqgörən siyasət nəticəsində xaricdə təhsil alıb güclü kadr kimi Vətənə dönməyimizdə ulu öndərin böyük rolu oldu. Artıq hər birimiz mühüm, məsul işlərdə çalışırıq və işimizin də peşəkarıyıq. Həmin dövrün canlı şahidlərindən olaraq deyə bilərəm ki, ulu öndər gələcəyi düşünürdü və xaricdə oxuyan gənclər ordusunun gələcəkdə milli, savadlı peşəkar kadrlar kimi ölkəyə lazım olacağını bilirdi. Həmin dövrdə xaricdə yiyələndiyim biliklər olmasaydı çox güman ki, bu gün və müstəqilliyin ilk illərində peşəkar kadr kimi formalaşmayacaqdım”.
Ulu öndər daim sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edib
Həqiqətən də xalqın gələcək taleyini uzaqgörənliklə düşünən Heydər Əliyev dövlət idarəçiliyinin müxtəlif sahələri üzrə milli kadrların yetişdirilməsini, azərbaycanlıların vəzifədə irəli çəkilməsini vacib məsələlərdən biri kimi daim nəzərdən keçirib. Hələ Azərbaycan SSR-nin rəhbəri işləyərkən ümummilli lider ölkəmizin gələcəyi haqqında düşünmüş, onun yüksək ixtisaslı zabit kadrlara ehtiyacını nəzərə alaraq, bir sıra tədbirlər görmüşdü. 1972-ci ildə onun bilavasitə təşəbbüsü və təkidi ilə Bakıda xüsusi hərbi məktəb - Cəmşid Naxçıvanski adına məktəb açılmışdı. Azərbaycan milli ordusunun yaranmasında və təşəkkül tapmasında bu məktəb çox böyük xidmətlər göstərmiş, hər il onun 800-900 gənc müdavimi Sovet İttifaqının ali hərbi məktəblərinə göndərilirdi. Hələ də ordumuzda xidmət edən zabitlərin bir hissəsi həmin dövrdə hazırlanan zabitlərdir.
Ulu öndər müstəqillik dövründə də Azərbaycana rəhbərlik edərkən gəncliyi daim diqqətdə saxlayıb. Təsadüfi deyil ki, 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi və ulu öndər tədbirdə şəxsən iştirak etdi. 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər "2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncam imzaladı. Gənclər Gününün təsis edilməsi haqqında mühüm strateji qərarın verilməsi gəncliyə bəslənən böyük ümidin göstəricisi və dəyərin qiyməti idi. O da qürurverici haldır ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər Günü keçirilməyə başlayandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı.
Gənclər və İdman Nazirliyi yanında gənclərlə iş üzrə ictimai şuranın sədri Nurəddin Mehdiyevlə söhbətimizdə isə o ulu öndərin müstəqil Azərbaycanda yürütdüyü gənclər siyasətinin digər MDB ölkələrinə nümunə olduğunu söylədi: “Heydər Əliyevin bütün sahələr üzrə yürütdüyü siyasətin müdrikliyi illər sonra da özünü büruzə verir. Bu gün gənclər sektorunun bu dərəcədə irəliləməsi zamanında ulu öndərin bu sahəylə bağlı konkret addımlar atmasıyla da əlaqələndirilməlidir. Heç şübhəsiz ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin uzun illər apardığı gənclər siyasəti mühüm rol oynayır. Bu siyasətin banisi isə Heydər Əliyevdir. Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Hələ Sovet dönəmində onun Azərbaycan gəncliyi üçün gördüyü işlərdən xeyli danışmaq olar. Amma 1988-ci ildən 1993-cü ilə qədər ölkə gəncliyinin potensialı lazımınca qiymətləndirilmədi. Ölkədə gənclər siyasəti demək olar ki, unudulmuşdu. Heydər Əliyevin yenidən Azərbaycana rəhbərlik etməsindən sonra Azərbaycan gəncliyi sözün həqiqi mənasında yenidən dirçəldi. Ümumiyyətlə ulu öndərin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Ümummilli lider həmişə gənclərimizə böyük ümidlər bəsləyib, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər daim sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edib”.
Nurəddin Mehdiyev deyir ki, ulu öndərin ən böyük xidmətlərindən biri də bu idi ki, o gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib: “O gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Ulu öndər gənclərin bilik və bacarıqlarını yüksək qiymətləndirirdi, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Müasir müstəqil dövlətimizin memarı və qurucusu, Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən, gənclərə olan qayğısından xeyli danışmaq olar”.
Həqiqətən də ulu öndər nəinki o dövrün gənclərinin, indiki gəncliyin də qəlbində dahi şəxsiyyət, qayğıkeş siyasətçi kimi yaşayır. Bu gün Heydər Əiyevin gənclər siyasəti haqqında söz açarkən onun təkcə təhsillə bağlı deyil, mədəniyyət, idman və digər sahələrdə aktiv fəaliyyət göstərən gəncləri də daim diqqətdə saxlamasını xüsusi qeyd etmək lazımdır. Həmçinin, ulu öndər özünün humanistlik prinsiplərinə daim sadiq qalmış, gənc məhbuslar, ordudan fərarilik etmiş insanlara qarşı bir neçə dəfə amnistiya elan etmiş, onlara ölkəmizin layiqli vətəndaşları olmaq üçün imkan yaratmışdı.
Beləliklə, bir zamanlar Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti isə dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. İlbəil gənclərimiz fəaliyyət göstərdikləri sahələr üzrə uğurlarını sıralamaqda davam edirlər. Bütün bunlar isə əsası Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir.
Tural Tağıyev

“İRƏLİ” İctimai Birliyinin “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçün”




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info