İsveçrədə AXC-nin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
Tarix: 03.05.2018 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


İsveçrənin paytaxtı Berndə şəhərin meriyası, Bern kantonu və bələdiyyəsinin birgə təsisçisi olduğu “Polit-Forum-Bern” assosiasiyasına məxsus tarixi binada Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
Azərbaycan Respublikasının İsveçrədəki səfirliyinin dəstəyi ilə “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi” (AİMM) tərəfindən təşkil olunan tədbirdə yerli ictimaiyyət nümayəndələri, o cümlədən İsveçrədə yaşayan soydaşlarımız iştirak ediblər.
Tədbirdə çıxış edən ölkəmizin İsveçrədəki səfiri Xanım İbrahimova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi və bu hadisənin ölkəmizin sonrakı inkişafı üçün əhəmiyyəti barədə ətraflı danışıb. O, Cümhuriyyətin qurulmasına aparan keşməkeşli yola nəzər salaraq, xüsusilə 1918-ci ilin mart-aprelində azərbaycanlılara qarşı törədilmiş soyqırıma diqqət çəkib və bir neçə gün ərzində təkcə Bakıda erməni daşnakları tərəfindən minlərlə soydaşımızın amansızlıqla qətlə yetirildiyini bildirib.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü nəticəsində böyük bir təhlükə ilə üz-üzə qaldığını söyləyən səfir bu təhlükənin ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində aradan qaldırıldığını diqqətə çatdırıb. O, mayın 10-da Ümummilli Liderin anadan olmasının 95-ci ildönümünün qeyd ediləcəyini deyərək, onun rəhbərliyi ilə 1994-cü ildə imzalanan Əsrin Müqaviləsinin Azərbaycanın sonrakı inkişafının təməlini qoyduğunu vurğulayıb.
Səfir çıxışında, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycanın nailiyyətləri, ölkəmizin təşəbbüskarı olduğu regional enerji və nəqliyyat layihələri barədə ətraflı məlumat verib, eləcə də Azərbaycanın mötəbər idman yarışları və beynəlxalq tədbirlərə, o cümlədən Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumuna ev sahibliyi etməsinə diqqət çəkib.
Sonra Bern Universitetinin hüquq fakültəsinin tələbəsi Ugudey Nəsirov çıxış edib. O, İsveçrə Konfederasiyasının qanunvericiliyində soyqırımı anlayışının təhlilini verib, 1918-ci ilin martında erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi cinayəti soyqırım kimi xarakterizə edib.
AİMM-in rəhbəri Qasım Nəsirov isə çıxışında ermənilərin Cənubi-Qafqaz regionuna köçürülməsi tarixinə toxunub. O, müxtəlif dövrlərə məxsus xəritələri tədbir iştirakçılarına nümayiş etdirərək, Ermənistan adlı toponimin Cənubi Qafqazda tarixən mövcud olmadığı faktını tədbir iştirakçılarının diqqətinə çatdırıb, ermənilərin regiona Gülüstan və Türkmənçay müqavilələri nəticəsində köçürüldüyünü vurğulayıb.
Daha sonra tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.
Tədbirin sonunda qonaqlara Azərbaycanın milli təamlarından ibarət ziyafət verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info