Nazirlik: “Əczaçılıq fəaliyyətinin tələblərinə riayət etməyən şəxslər cərimələnəcəklər“ 
Tarix: 03.05.2018 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


"Əksər Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da bioloji aktiv maddələrdən geniş istifadə olunur. Bioloji aktiv maddələr dərman vasitələri deyil".
Bunu Səhiyyə Nazirliyinin Hüquq və Daxili Nəzarət sektorunun müdiri Elxan Əzizov deyib. Onun sözlərinə görə, istehsalçılara bioloji aktiv maddələrin üzərində onların dərman vasitəsi olmadıqları barədə bildirişin qeyd olunması ilə bağlı tələb qoyulub: "Həkimlər bioloji aktiv maddələrin adlarını reseptə əlavə edərsə, onlar barəsində inzibati qaydada məsuliyyət tədbiri görüləcək. Çünki bioloji aktiv maddələr qida əlavəsidir, müalicə məqsədi ilə istifadə olunmur". 
Sektor müdiri qeyd edib ki, resept blanklarında dərman vasitələri beynəlxalq patentləşdirilməmiş adı ilə yazılmalıdır: "Lakin ölkəmizdə hələ də reseptlərdə dərmanların adları bu qayda ilə yazılmır, həkimlər tərəfindən resept blanklarında dərmanların ticari adla yazılması davam etdirilir. Apteklər də tələblərə uyğun yazılmayan resept əsasında dərman satmamalıdır. Təəssüf ki, bu gün əczaçılıq şirkətləri həkimlərlə razılaşmalar əldə edirlər. Qeyd etməliyəm ki, əczaçılıq fəaliyyətinin tələblərinə riayət etməyən şəxslər qanuna müvafiq olaraq cərimələnəcəklər".

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info