“Aviamost”: “Müsəlman dünyasının ilk demokratik respublikasını yada salaq”
Tarix: 03.05.2018 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ərəb, ingilis, çin və rus dillərində nəşr olunan və geniş auditoriyaya malik “Aviamost” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun “Müsəlman dünyasının ilk demokratik respublikasını yada salaq” adlı məqaləsi dərc olunub.
Səfirlikdən verilən məlumata görə, millətinin xatirəsində silinməz iz buraxmaqla tarixdə adları həkk olunmuş bir sıra siyasətçi, ictimai-siyasi xadim, diplomatların olduğunu qeyd edən səfir, Azərbaycan Xalq Cümhuriyyətinin spikeri və xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun onlardan biri olduğunu qeyd edib.
Vurğulayıb ki, tanınmış Topçubaşov ailəsində Tiflis şəhərində dünyaya göz açan Əlimərdan bəy Tiflis Gimnaziyası və sonra Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirib.Xristianlığı qəbul etməklə sözügedən universitetdə fəaliyyətinin davam etdirilmə təklifini rədd edən Ə. Topçubaşov, Qafqaza qayıdaraq “Əkinçi” adında ilk Azərbaycan qəzetini təsis edib. 1987-ci ildə isə Əlimərdan bəy tanınmış xeyriyyəçi Zeynalabdin Tağıyevin “Kaspi” qəzetinin baş redaktoru olub və həmin dövrdən başlayaraq siyasi fəaliyyətinə qədəm qoyub, qısa zaman ərzində Rusiya İmperiyası müsəlmanlarının liderinə çevrilib. Müsəlmanların diskriminasiyasına son qoyulması və İmperiyanın bütün subyektlərinin bərabər hüquqlarının təmin edilməsi Topşubaşovun siyasi platformasının əsaslarını təşkil edib. 1905-ci il birinci Rusiya inqilabi ərəfəsində Azərbaycan ziyalıları və burjuaziyasının məşhur görüşünün təşəbbüskarı məhz Topçubaşov olub. Həmin görüşdən sonra Rusiyada yaşayan müsəlmanların siyasi hüquqlar və azadlıqların təmin olunmasına dair petisiya İmperatora ünvanlanıb.


Məqalədə, Topçubaşovun Rusiyanın ilk müsəlman partiyası olan İttifaqi-Muslimin yaradıcısı olduğu və partiyanın üç konfransının keçirtdiyi vurğulanıb. Yazıda bildirilib ki, Əlimərdan bəy 1906-ci ildə seçilmiş Rusiya Dumasında müsəlman fraksiyasına başçılıq edib, lakin parlament buraxıldıqdan sonra 3 ay müddətinə həbs olunub, deputat seçilmək hüququndan, Bakı bələdiyyəsindəki vəzifəsindən və “Kaspi” qəzetindəki işindən məhrum olub. Məhz həmin ərəfədə Topçubaşov İran Ədliyyə Nazirliyinə dəvət olunub, lakin təklifi qəbul etməyərək mübarizəsini davam etdirib.
D.Şikarov vurğulayıb ki, 28 may 2018-ci ildə müsəlman dünyasının ilk demokratik respublikasının yaradılmasından sonra, Topçubaşov yeni təsis olunmuş Nazirlər Kabinetinə daxil olub və özünü gənc respublikanın dünya ölkələri tərəfindən tanınmasına həsr edib. O, fövqəladə və səlahiyyətli nazir qismində Avropa ölkələri ilə əlaqələrin qurulması üçün İstanbul şəhərinə göndərilib, orada xarici diplomatlar və siyasətçilərlə silsilə görüşlər keçirərək yeni Azərbaycanın reallıqlarını tərəf müqabillərinə çatdırıb.

BƏƏ mətbuatında nəşr olunmuş məqalədə, 7 dekabr 1918-ci ildə Ə.Topçubaşovun qiyabi olaraq ADR-in spikeri və xarici işlər naziri seçildiyi bildirilib. Eyni zamanda Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyətini formalaşdırıb.

Ə. Topçubaşov 1919-cu ilin may ayında ABŞ, Böyük Britaniya, Almaniya, İran, Türkiyə, Polşa və bir sıra digər ölkələrin nümayəndələri ilə görüşlər keçirib. Topçubaşovun Parisdə ən böyük nailiyyəti isə ABŞ-in prezidenti V. Vulson ilə görüşü olub. Məhz həmin görüşdən sonra Vulson “Bundan sonra Azərbaycan xalqı müstəqilliyini və azadlıqlarını qoruyub saxlamaq üçün böyük Amerikanın dəstəyini alacaqdır” sözlərini deyib.

Səfir, 15 yanvar 20120-ci ildə Ə.Topçubaşova Fransa xarici işlər nazirliyində Azərbaycan xalq Cümhuriyyətinin Fransa və müttəfiq ölkələr tərəfindən de-fakto tanınmasına dair sənədin təqdim olunduğunu və bunun Azərbaycan diplomatiyasının böyük uğuru olduğunu bildirib.

Yazıda, qızıl ordu tərəfindən 28 aprel 1920-ci ildə Azərbaycan işğala məruz qaldıqdan sonra, Ə.Topçubaşovun vətənə dönə bilmədiyindən Parisdə qalaraq müstəqil Azərbaycan uğrunda mübarizəsini davam etdirdiyi bildirilib. Məqalədə o da vurğulanıb ki, “Azərbaycanın görkəmli siyasi xadimi Əlimərdan bəy Topşubaşovun 8 noyabr 1934-cu ildə vəfatından 57 il sonra onun Azərbaycan müstəqilliyinin bərpa edilməsi arzusu gerçəkləşdi. Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi”.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.
http://www.aviamost.ae/en/remembering-muslim-world’s-first-democracy

Tural




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Liviya sahillərində 278 qaçqın tutuldu
18.08.2019
Türkiyədə PKK terrorçularına qarşı əməliyyat: 10 nəfər saxlanılıb
18.08.2019
Yunanıstanda yenə bir neçə türk məktəbi bağlandı
18.08.2019
15 min ev bir gündə yandı
18.08.2019
Kabildə toy mərasimində partlayış

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


18.08 21:54
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info