Cəfər Cəfərov: “Təhsil siyasətimizi müasir dövrün yeni çağırışlarına uyğun qurmalıyıq”
Tarix: 03.05.2018 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Fənlərin tədrisi metodikası: müasir yanaşmalar” mövzusunda Magistrantların I Respublika elmi konfransı öz işinə başlayıb. Qeyd edək ki, konfransın yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə 10 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Konfransda ADPU-dan və digər universitetlərdən ümumilikdə 378 nəfər magistrant iştirak edib. Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan rektor Cəfər Cəfərov bildirib ki, universitetdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə müxtəlif tədbirlər keçirilir. Universitetdə bir-birini tamamlayan bu iki böyük tarixi yubiley münasibətilə tədbirlərin davamlı olması nəzərdə tutulur. Rektor qeyd edib ki, inkişaf etmiş dünya ölkələrinin inkişafının kökündə məhz təhsil dayanır: “Biz təhsil siyasətimizi müasir dövrün yeni çağırışlarına uyğun qurmalıyıq. Ölkə rəhbərliyinin həyata keçirdiyi təhsil islahatları çərçivəsində pedaqoji kadr hazırlığına xüsusi diqqət yetirilir. Cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzunun yüksəldilməsi üçün əməli tədbirlər həyata keçirilir. Biliklərə əsaslanan cəmiyyətdə, informasiya cəmiyyətində müəllimin üzərinə düşən məsuliyyət daha da artıb. Hazırda Azərbaycanda pedaqoji kadr hazırlığı ən vacib vəzifələrdən biridir. Bizim bütün fəaliyyətimiz təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir. ADPU yaxın gələcəkdə 100 illik yubileyini qeyd edəcək. Biz bu böyük yubileyə yüksək səviyyədə hazırlaşmalıyıq. Magistrantlar öz tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirməlidirlər. Dünyanın aparıcı xarici dillərinin öyrənilməsi olduqca vacibdir. ADPU yeniləşir, inkişaf edir. Siz bu prosesdə fəal iştirak etməlisiniz. Bugünkü konfrans qarşımıza qoyduğumuz hədəflərə çatmağımıza müsbət təsir edəcək”. Rektor çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov çıxış edərək bildirib ki, bu gün ADPU-nun həyatında əlamətdar bir gündür: “Sevindirici haldır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Fənlərin tədrisi metodikası: müasir yanaşmalar” mövzusunda Magistrantların I Respublika elmi konfransı ADPU-da keçirilir. Son iki ildə universitetdə bütün sahələrdə, o cümlədən elmi-tədqiqat sahəsində, intellektual potensialın gücləndirilməsi sahəsində mühüm işlər görülür. ADPU-da gənclərin elmi fəaliyyətə daha geniş miqyasda cəlb olunmalarına böyük önəm verilir. Biz ölkəmizin gücləndirilməsi, hərtərəfli inkişaf etməsi üçün, ilk növbədə, universitetlərimizin fəaliyyətini müasir tələblərə uyğun qurmalıyıq. Hazırda ölkəmizdə universitetlərin tədqiqat universitetlərinə çevrilməsi istiqamətində tədbirlər görülür. ADPU-da da bu vacib istiqamətdə əməli işlər həyata keçirilir”.
Professor Zahid Xəlil, dosent İsa İsmayılov çıxış edərək konfransın keçirilməsini yüksək qiymətləndiriblər və magistrantlara uğurlar arzulayıblar. Konfransda magistrant Aliyə Abdullayeva “Ümumtəhsil məktəblərində biologiyanın tədrisində şagirdlərə tibbi-gigiyenik biliklərin öyrədilməsi məsələləri” və magistrant Osman Əhmədzadə “Morfologiyanın tədrisində ədəbi tələffüzlə bağlı aparılan işlər” mövzularında çıxışlar ediblər. Sonra konfrans öz işini 10 bölmədə-Riyaziyyat və informatika, Fizika, Kimya, Biologiya, Tarix və coğrafiya, Filologiya, Musiqişünaslıq, Pedaqogika- I, Pedaqogika-II və Psixologiya bölmələrində davam etdirib. 2 gün davam edəcək konfrans mayın 4-də yekunlaşacaq. Konfransın sonunda bölmə rəhbərlərinin hesabatları dinləniləcək, yekun qərar qəbul ediləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info