Sosial yardım və özünüməşğulluq proqramının icra mexanizmi təkmilləşdiriləcək
Tarix: 03.05.2018 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Sahil Babayev: “Beynəlxalq təşkilatlarla əməkdaşlıq strateji planlaşdırmaya və uzunmüddətli prioritetlərə əsaslanmalı, əmək və sosial müdafiə sahələrində aparılan islahatlar prosesinə fəal dəstək rolunu oynamalı və aktual iş sektorlarında konkret səmərəli nəticələrə nail olunmasına öz töhfəsini verməlidir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri ilə görüş keçirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının birgə təşkil etdiyi görüşdə ümumilikdə 30-a yaxın beynəlxalq təşkilatın nümayəndələri iştirak edib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin islahatlar proqramının əsas hədəflərindən biri də sosial-iqtisadi idarəetmə və əhaliyə xidmət sistemlərində mütərəqqi beynəlxalq yanaşma və təşəbbüslərin, qabaqcıl dünya təcrübəsindən irəli gələn ən müasir texnologiyaların, innovativ və effektiv iş mexanizmlərinin geniş tətbiqinin təmin edilməsidir. Əmək, məşğulluq, əmək bazarının tənzimlənməsi, əhali sakinliyi və demoqrafiya, sosial müdafiə və digər aidiyyəti sahələr üzrə mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlıq daim diqqətdə saxlanmalıdır. Bu əməkdaşlığa strateji planlaşdırma yanaşması tətbiq olunmalı və uzunmüddətli prioritetlər müəyyən edilməlidir. Bu prioritetlər əsasında icra olunan layihələr, əmək və sosial müdafiə sahələrində aparılan islahatlar prosesinə fəal dəstək rolunu oynamalı, aktual iş sektorlarında konkret səmərəli nəticələrə nail olunmasına öz töhfələrini verməlidir.
Nazir bildirib ki, bu gün gənclərin, fiziki imkanları məhdud şəxslərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və inklüziv əmək bazarının inkişafı, məşğulluq xidmətlərinin, habelə vakansiyalar bazasının elektron texnologiyalar üzərində qurulması, qeyri-rəsmi məşğulluqla mübarizənin effektli təşkili, əmək müfəttişliyinin potensialının və fəaliyyətində səmərəliliyin artırılması aktual məsələlərdəndir. Həmçinin qarşıda sosial yardım və özünüməşğulluq proqramının icra mexanizminin təkmilləşdirilməsi, sosial xidmətlər sisteminin müasir dünya təcrübəsindəki sosial reabilitasiya metodları əsasında qurulması, “sosial iş” modelinin, müvafiq sahələrdə strateji araşdırmaların aparılmasında beynəlxalq təcrübədə tətbiq olunan modellərin tətbiqi və s. kimi məsələlər dayanır.
S.Babayev beynəlxalq təşkilatlarla əməkdaşlığın gələcək istiqamətləri müəyyən olunarkən və birgə fəaliyyət üçün layihələr hazırlanarkən qeyd olunan məsələlərə xüsusi önəm verilməsinin vacib olduğunu vurğulayıb. Nazir bu sahələrdə aparılacaq əməkdaşlığın öz faydasını verəcəyinə əminliyini ifadə edib.
Ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində qabaqcıl dünya təcrübəsinə uyğun şəkildə aparılan islahatlara, əhali sakinliyi və demoqrafiya siyasətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərə dəstək vermək əzmində olduqlarını vurğulayıblar.
Müzakirə şəraitində davam edən görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində aparılan islahatlar, bu sahələrdə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı beynəlxalq qurumlarla gələcək əməkdaşlıq istiqamətləri müəyyən olunub.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info