Ermənistana gələn turistlər də etirazlara qoşulur
Tarix: 03.05.2018 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Ermənistanda yaranan siyasi böhran səbəbindən respublikanın turizm sahəsini may-iyun aylarında tənəzzül gözləyir.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri Zarmine Zeytunsyan deyib. Onun sözlərinə görə, son günlər turistlərin bir hissəsinin Yerevan aeroportuna enən kimi dərhal geri qayıtması halları müşahidə olunur. “Mayın 2-də yolların bağlı olması ilə əlaqədar 40 turist geri qayıdıb. Ölkəyə səfərlərin ləğv olunduğu və burada olan turistlərin nümayişlərə qoşulduğu barədə məlumatlar var”, - deyə Zeytunyans hökumətin mayın 3-də keçirilən iclasının yekunları ilə bağlı jurnalistlərə bildirib.
Xatırladaq ki, Ermənistanda Serj Sarkisyanın Baş nazir seçilməsinə qarşı aprelin 13-dən başlayan etiraz aksiyaları hələ də davam edir. Təzyiqlər səbəbindən Sarkisyan istefaya getmək məcburiyyətində qalıb. Parlament mayın 1-də müxalifət lideri Nikol Paşinyanı baş nazir seçmədikdən sonra o, tərəfdarlarını ümumi tətillərə çağırıb. Mayın 2-də nümayişçilər ölkədəki əsas avtomobil yollarını bağlayıb, Yerevanda və digər iri şəhərlərdə miqyaslı mitinqlər keçirib.
Baş nazir postuna yeni seçkilər mayın 8-nə planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info