“Tezliklə Koçaryan da bu oyuna qatıla bilər”
Tarix: 03.05.2018 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


“Moskvadakı bəzi səlahiyyətlilərin Ermənistan hakim partiyanın deputatlarına təzyiq göstərdiyini istisna etmirəm”

“Ermənistanda vəziyyət haqqında proqnozlar bir çox hallarda dəqiq olmur. Bir müddət bundan əvvəl, yəni erməni parlamenti baş nazir seçmək üçün yığılarkən, çoxları artıq baş nazir seçkisinin baş tutacağını düşünürdü. Lakin bu belə olmadı - Paşinyan Ermənistanda baş nazir seçilmədi”. Bu fikirləri “Azadlıq” radiosunun “Exo Kavkaza” xidmətinin siyasi şərhçisi Vadim Dubnov “1in.am” saytına danışarkən bildirib.
“Mən, hökumətin hazırkı yaşananlara qarşı hansı əks oyunlardan çıxdığını çox gözəl anlayıram. Lakin bütün fraksiyanın belə «dostluq şəklində səsverməsi» mənim üçün, hələ də sirr olaraq qalmaqdadır. Maraqlıdır ki, son gecə nələrin yaşandığı, hələ də dəqiq bilinmir. Onların əks-təsir reaksiyasının nəyə hesablandığı mənim üçün qaranlıq olaraq qalır” - deyə Vadim Dubnov bildirib. Onun fikrincə, əgər, hakimiyyət orqanları erkən seçki kursu düşünürsə, bu halda, risklər böyük ola bilər: «Bunun üçün bir çox mərhələdən keçmək lazım gələcək ki, bu da hakimiyyəti hər şeyi itirmək riski ilə üz-üzə qoyur. Məncə, hakim partiya çərşənbə axşamı səsvermənin hansı nəticələr verə biləcəyini artıq gözə alıb. Belə ki, onlar qarşıda böyük bir risklə üzləşə biləcəklərini nəzərə alaraq düşünmək məcburiyyətində qalıblar. Ona görə də hakimiyyətin mövqeyi mənim üçün aydın deyil. Paşinyanın son fəaliyyətinə münasibət bildirən Dubnov, onun artıq dayana bilməyəcəyi proqnozunu verir: «Əlbəttə ki, hava limanının blokadasına və başqa hər şeyə fərqli olaraq şərh verə bilərik. Lakin mən əminəm ki, əgər o dayansa, bu halda ona qarşı təzyiqlər də artacaq. Belə düşünürəm ki, Paşinyan artıq, sadəcə olaraq, başqa oyuna malik deyil”.
Maraqlıdır ki, son baş nazir seçimində hakim Respublika Partiyası üzvlərinə Moskvanın təzyiqi ilə bağlı erməni saytının sualını Vadim Dubnov belə cavablandırır: «Mən bunu istisna etmirəm, bəlkə də təzyiqlər olub. Lakin mən bunu Moskvanın təzyiqi kimi deyil, Moskvadan təzyiq kimi dəyərləndirmək istəyirəm. Siz özünüz də Serj Sarkisyanın Moskvada bir çoxları ilə əlaqəsinin olduğu barədə məlumatlısınız. Buna görə də həmin şəxslər tərəfindən Ermənistandakı hakim partiyanın deputatlara göstərilən təzyiqlərin olmasını istisna etmirəm. Lakin bir daha xatırladıram ki, bu, sırf Moskvanın deyil, Moskvadakı bəzi səlahiyyətlilərin təzyiqi kimi, başa düşülməlidir. Yəni bu təzyiq Rusiyanın nə prezidenti, nə baş naziri, nə də ki, xarici işlər nəziri tərəfindən göstərilib. Bu təzyiq olsa da, sadəcə, ayrı-ayrı lobbi qrupları tərəfindən ola bilər. Mən isə bunları o qədər də vacib hesab etmirəm”. Rusiyalı politoloqun dedikləri də təsdiqləyir ki, «bu xəmirin hələ çox su aparacaq». Onu da qeyd edək ki, Ermənistanda yaşananları oyun adlandıran Dubnov Ermənistanın sabiq prezidenti Koçaryanın da bu oyuna qayıtma ehtimalını istisna etməyib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Azərbaycana həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info