İran XİN: “Fransa polisi ölkədəki xüsusi müxbirlərin təhlükəsizliyini təmin etməlidir”
Tarix: 04.05.2018 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


“Fransa polisi ölkədə fəaliyyət göstərən xüsusi müxbirlərin təhlükəsizliyini təmin etməlidir. Lakin biz əksini görürük.” Bu sözləri keçirdiyi brifinqdə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi deyib.
O bildirib ki, mətbuat azadlığından danışan bir ölkədə xüsusi müxbirin polis tərəfindən silahla vurularaq ağır yaralanması yolverilməzdir. Fransa polisi iranlı jurnalistin nəinki peşə fəaliyyətinə mane olub, hətta onun həyatına təhlükə yaradıb. Baş verən insident tez və dəqiq araşdırılmalı, günahkarlar cəzalandırılmalıdır. Xatırladaq ki, mayın 1-də Parisdə Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə keçirilən kütləvi aksiyaya polis müdaxilə edib. Aksiyanı işıqlandıran İranın İRİB dövlət televiziyasının Fransada akkreditə olunmuş xüsusi müxbiri Şahsuvar Hüseyni polisin istifadə etdiyi rezin gülləyə tuş gəlib və başından ağır yaralanaraq koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Sonra polis əməkdaşları xəstəxanaya gələrək jurnalistin kamerasını alıb və çəkilən kadrları yaddaşdan siliblər. İranın Fransadakı səfirliyi də insidentin araşdırılmasını tələb edib. Jurnalistin vəziyyəti isə ağır olaraq qalır.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info