“Tədris standartlarının hazırlanmasında universitetlərə müstəqillik verilməlidir”
Tarix: 04.05.2018 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


UNEC-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycan ali iqtisad təhsili” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib. UNEC-in rektoru, professor Ədalət Muradov qara qızılın insan kapitalına çevrilməsi istiqamətində qəbul edilən dövlət proqramlarının ölkəmizə təhsilin bütün pillələrində ciddi nailiyyətlər qazandırdığını bildirib.
UNEC-in Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olduğunu diqqətə çatdıran rektor, bu ali təhsil ocağının inkişaf strategiyasının əsasında ulu öndərin tövsiyələrinin dayandığını diqqətə çatdırıb. UNEC-in Şimalı Amerika və Qərbi Avropanın tanınmış universitetləri ilə bir sırada olmağı qarşısına məqsəd qoyduğunu bildirən rektor, 20 minə yaxın tələbə kontingenti olan bu ali təhsil ocağının orta müddətdə həmin rəqəmi 35 minə çatdırmaq istiqamətində gördüyü işlərdən bəhs edib. “Bu, həm də qarşımızda keyfiyyətli təhsilin təmin edilməsi vəzifəsini qoyur” - deyən rektor, ali iqtisadi təhsil bazarında ədalətsiz rəqabət riski olduğunu diqqətə çatdırıb. O, bu rəqabəti təmin etmək üçün ali təhsil müəssisələrinə tədris standartlarının hazırlanmasında müstəqillik verilməsini qaçılmaz adlandırıb. Ə.Muradov QS reytinqinə görə İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya universitetləri arasında iqtisadyönümlü 4-cü universitet olan UNEC-in birinciliyi əldə etməyə iddialı olduğunu bildirərək, eləcə də dünyanın min ən yaxşı iqtisad universitetləri sırasına daxil olmağı qarşısına məqsəd qoyduğunu vurğulayıb: “İnanıram ki, bu vəzifələrin öhdəsindən gələcəyik. Məzunlarımız təkcə keyfiyyətli mütəxəssis kimi yox, həm də vətənini, xalqını sevən vətəndaş kimi fərqlənəcək və bu, UNEC modeli olacaq”. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Ə.Muradovun səsləndirdiyi təklifləri dəstəklədiyini bildirərək, ali iqtisad təhsilinin keyfiyyətinin artırılmasının Azərbaycan iqtisadiyyatının inkişafında ciddi rol oynayacağını qeyd edib. İqtisad elminin Azərbaycanın inkişaf strategiyasında əhəmiyyətindən bəhs edən akademik iqtisadçı kadrların hazırlığında yeni tədris texnologiyalarının vacibliyini qaçılmaz adlandırıb, UNEC-in bu istiqamətdə çox uğurlu layihələr həyata keçirdiyini bildirib. Regionlarının inkişafında yeni mərhələdən bəhs edən AMEA-nın müxbir üzvü, akademik Əli Nuriyev bu sahədə əldə olunan nailiyyət və perspektivlərdən danışıb. O, milli iqtisadiyyatın inkişaf göstəricilərinin təmin olunmasında regionların inkişafı ilə bağlı həyata keçirilən xüsusi dövlət proqramlarına diqqət çəkərək, regional siyasətdə ali təhsilli iqtisadçı kadr hazırlığının əsas faktorlardan olduğunu vurğulayıb. UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov “Heydər Əliyev: Azərbaycan ali iqtisad təhsilinin dünəni, bu günü və sabahı” mövzusunda məruzə ilə çıxış edib. Ümummilli liderin Azərbaycanın ali iqtisad təhsilinin qarşısına qoyduğu vəzifələrdən danışan prorektor, bu gün UNEC-də reallaşan bütün yeniliklərin ulu öndərin tövsiyələri əsasında həyata keçirildiyini qeyd edib. Konfrans işini bölmələrdə “Elm, təhsil və innovasiya formatına keçid problemləri”, “Ali təhsil sistemində islahatlar və problemlər” və “Ali təhsil sistemində iqtisad elmi: yeni çağırışlar və perspektivlər” mövzuları istiqamətində davam etdirib. Alim və gənc tədqiqatçılar ali təhsil sistemində innovasiya və sahibkarlıq fəaliyyəti, beynəlxalq təcrübə və meyllər, tədrisin keyfiyyəti və əhatəliliyi problemləri mövzuları ətrafında maraqlı çıxışlar ediblər. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info