ƏƏSMN və BMT İnkişaf Proqramı arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Tarix: 04.05.2018 | Saat: 15:00:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai arasında tanışlıq görüşü olub.
Sahil Babayev BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı Azərbaycanda fəal və məqsədyönlü siyasət aparıldığını qeyd edib, Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının bu Məqsədlərin həyata keçirilməsi sahəsində uğurlu addımların atılmasına imkan yaratdığını vurğulayıb. Nazir ötən dövrdə BMT İnkişaf Proqramı ilə birgə icra olunan layihələrin əhəmiyyətindən bəhs edib, həmin layihələrin milli sosial müdafiə sisteminin inkişafı, habelə gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi sahələrində aparılan işlərə öz töhfəsini verdiyini bildirib.
S.Babayev hazırda təşkilatla birgə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin icrası işlərinin davam etdirildiyini, gələcəkdə aktiv əmək bazarı proqramlarının təşkili sahəsində birgə işlərin miqyasının genişləndirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.
Q.İsakzai ölkəmizdə milli inkişaf prioritetlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmasının, bu məqsədlərə, o cümlədən hər kəs üçün səmərəli məşğulluq imkanlarının yaradılmasına doğru praktik fəaliyyət müstəvisində mühüm işlərin aparılmasının təqdirəlayiq olduğunu vurğulayıb. O, aktiv məşğulluq tədbirlərinin təşkili və genişləndirilməsi sahəsində nazirliklə əməkdaşlıq təcrübəsinin davam etdirilməsinə maraq göstərdiklərini bildirib.
Görüşdə əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info