Puşkinin xatirəsi yad edildi
Tarix: 06.06.2013 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 214-cü ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və «Sodrucestvo» cəmiyyətinin birgə təşkilatçılığı ilə böyük rus şairinin abidəsi önündə keçirilən mərasimdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açıldı. İlk öncə şəhərimizin mərkəzində Aleksandr Sergeyeviç Puşkinin heykəli önünə tədbir iştirakçıları adından gül dəstələri və tər çiçəklər qoyuldu.
Səbail rayon ictimaiyyətinin, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, «Sodrucestvo» cəmiyyətinin, Rusiya Mədəniyyət Mərkəzinin, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin, ali və orta məktəblərin nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən ənənəvi tədbiri giriş sözü ilə Respublika «Sodrucestvo» cəmiyyətinin sədri Tatyana Kərimova açdı, belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğuladı.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etdi ki, Səbail rayonunda, şairin adını daşıyan və ulu öndər Heydər Əliyevin iştirakı ilə abidəsi ucaldılmış bu parkda Aleksandr Sergeyeviç Puşkinin doğum gününün keçirilməsi artıq ənənəyə çevrilib. Ədibin rus dili, ədəbiyyatı və mədəniyyətinin formalaşması və inkişafındakı rolu, onun dünya ədəbiyyatına etdiyi töhfələr xüsusi vurğulanıb. Bildirilib ki, rus ədəbiyyatına zəngin töhfələr vermiş A.S.Puşkin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şeirləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunmuş, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapıb. Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşviq, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunub Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olub.
Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində Aleksandr Sergeyeviç Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildirdi.
Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı rus icmasının nümayəndələri çıxış edib, ölməz şairin şeirləri Azərbaycan və rus dillərində səslənib, şagirdlər A.S.Puşkinin nağıllarından səhnəciklər göstərib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info