MEK-də ümummilli lider Heydər Əliyevlə bağlı tədbir keçirilib
Tarix: 04.05.2018 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK), YAP Yasamal rayon təşkilatının, “Yeni Azərbaycan” qəzetinin təşkilatçılığıyla ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova ümummilli lider Heydər Əliyevin zəngin həyat yolunun, ictimai-siyasi fəaliyyətinin, dövlət quruculuğu sahəsindəki xidmətlərinin əbədiləşdirilməsi məqsədi ilə kitabxanada icra edilmiş işlər barədə danışıb. “Heydər Əliyev: elektron baza və sənədlərin reyestri” çərçivəsində ümummilli liderlə bağlı  yaddaşı əks etdirən və kitabxana fondlarında mühafizə edilən bütün sənədlərin elektron kataloqa salınaraq MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini söyləyən L.İmanova diqqəti Heydər Əliyevin kitabxana quruculuğu sahəsindəki xidmətlərinə cəlb edib. MEK direktoru “Heydər Əliyev - 95” mövzusunda təşkil edilən sərgini, MEK-in sosial şəbəkələrdə və  www.mek.az saytında verilən silsilə materialları, MEK Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Vikipediyada yaradılmış məqalələri nəzərə çatdırıb.
MEK əməkdaşları - Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova və İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədovanın təqdimatında ümummilli lider Heydər Əliyevə həsr olunmuş video təqdimat olub.Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Azərbaycanın qurucusu adlandırdığı Heydər Əliyevin tariximizdəki əvəzolunmaz yerindən, dövlət və siyasət adamı kimi dünya səviyyəsində qəbul edilmiş nüfuzunun çoxçalarlı cizgilərindən danışıb. Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini bütün mərhələləri ilə təhlil edən T.Əhmədov ümummilli liderin həm I, həm də II hakimiyyət dönəmində dövlət adamı kimi xalqı və vətəni uğrunda atdığı fədakar addımlardan bəhs edib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili, professor Hikmət Babaoğlu ümummilli lider Heydər Əliyevin hər kəsin qəlbində özünə ədədi bir abidə ucaltdığını, dahi şəxsiyyətin zaman və məkan anlayışına sığmayaraq xalqının idealına çevrildiyini qeyd edib. Heydər Əliyevin yalnız dövlət başçısı, siyasi xadim deyil, həm də böyük ideoloq olduğunu vurğulayan H.Babaoğlu cəmiyyət həyatının bütün sahələrində onun fikirlərinin, səsləndirdiyi ideyaların həmişə təkanverici olmasını qeyd edib. H.Babaoğlu bildirib ki, məhz onun irəli sürdüyü “Azərbaycançılıq” ideologiyası sayəsində Azərbaycanda müstəqillik anlayışı hər bir fərdin sahibləndiyi vazkeçilməz dəyərə çevrilib.
Sonda tədbir iştirakçılarına ümummilli liderə həsr olunmuş kitablar hədiyyə edilib.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Bu müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info