Magistratura üzrə yeni ixtisaslar yaradılıb
Tarix: 06.06.2013 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Azərbaycanda 2013-2014-cü tədris ili üçün ali təhsil müəssisəsələrinin magistraturalarına qəbul aparılacaq yeni ixtisaslaşmaların adları açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən bildirilib ki, magistraturada yeni ixtisaslar 51, 52, 57, 58, 59, 60 nömrəli proqramlarda yaradılıb.
Onun sözlərinə görə, bu proqramlara uyğun olaraq, artıq Bakı Dövlət Universitetində dinşünaslıq istiqaməti üzrə magistr hazırlığı aparılacaq. Eyni zamanda, balıqçılıq sənayesi sahəsi üzrə yeni ixtisaslaşmalar da yaradılıb.
E.Nağızadə bildirib ki, bunlarla yanaşı, nəqliyyat servisi, uçuş mühəndisliyi, hava nəqliyyatında hərəkətin idarə olunması və aviasiyanın bir sıra digər istiqamətləri üzrə yeni ixtisaslar yaradılıb. Bu ildən həmin ixtisaslar üzrə magistraturaya qəbul aparılacaq.
Məlumata görə, növbəti tədris ili üçün magistaturaya qəbul planı ötən tədris ili ilə müqayisədə ümumilikdə 12,84 faiz artıb. Ancaq artım yalnız yeni ixtisaslarda magistratura səviyyəsi üzrə mütəxəssis hazırlığını nəzərdə tutmur. Bununla yanaşı, indiyədək mövcud olan müəyyən ixtisaslaşmalarda da plan yerləri artırılıb.
Qeyd edək ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı 1616-dır.
Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına 2013-2014-cü tədris ili üçün bu il martın 3-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavrlar üçün hazırda proqram seçimi aparılır. Bakalavrlar iyunun 11-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.
Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.
GÜNAY





 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info