“Ulu öndər Heydər Əliyev Azərbaycanı tənəzzüldən tərəqqiyə qovuşdurub”
Tarix: 04.05.2018 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə mayın 4-də Zirə Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirib, Ulu Öndərin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə və təşkilatların, orta təhsil müəssisələrinin, Ağsaqqallar Şurasının, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Zirə Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycan tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub. “Bu gün biz qüdrətli və müstəqil dövlətin vətəndaşları olaraq, məhz belə dahi insanın fədakar fəaliyyəti sayəsində firavan respublikada, ictimai-siyasi sabitlik şəraitində, sosial rifahın təmin olunduğu, inkişaf edən və güclü bir Azərbaycanda yaşayırıq”, - deyə Hikmət Şikarov vurğulayıb.
Sonra çıxış edən Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məmmədov hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz fenomenal liderlərin adı ilə bağlı olduğunu və xalqımızın alternativsiz Liderinin məhz Heydər Əliyev olduğunu, Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyətin canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün, eləcə də həmişə millətinin və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd edib.
Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Dəmirin yolu” sənədli filmi nümayiş etdirilib.
Sonda Hikmət Şikarov partiyaya yeni üzv olmuş bir qrup gəncə YAP vəsiqələrini təqdim edib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info