Aleksandr İskəndaryan: “Ermənistan Rusiya üçün o qədər də vacib bir oyunçu deyil“
Tarix: 04.05.2018 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


“Xaricdə yaşayan erməni sahibkarlar belə, öz ölkələrinə sərmayə yatırmağa ehtiyat edirlər”

Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Aleksandr İskəndaryan Nikol Paşinyanın hakimiyyətə gələcəyini istisna etməsə də, onun qısa müddətdə Ermənistanı dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirə biləcəyinə inanmadığını bildirib. Fransanın «Liberation» nəşrinə danışan erməni siyasətçi mayın 8-nə planlaşdırılan səsvermənin mümkün ssenariləri ilə bağlı bunları deyib: «Məncə, burada üç mümkün həll mövcuddur. Ya Paşinyan respublikaçılara zəmanət verəcək, ya da parlament buraxılacaq. Məncə, sonuncu variant ağıllı qərar deyil, çünki seçki komissiyası erkən seçki keçirəcək və bir ay, lap elə deyək ki, ay yarım sonra Paşinyanın partiyası azlıqda qalacaq».
Fransa nəşrinin Paşinyanın gələcək proqramının nədən ibarət olduğunu cavablandıran İskəndaryan, hələ ki, bu barədə məlumatsız olduğunu bildirir: «Hələlik o, bunu təklif etməyib və mən buna əsaslanaraq, hər hansı bir proqramın ondan dəstək alacağını düşünürəm. Məsələn, mən belə fikirləşirəm ki, o, əgər Rusiyanın xeyrinə danışarsa, bəzi insanlar ondan üz döndərəcək və yaxud bunun əksi də baş verə bilər. Yəni liberalizm və ya sol fikirlər haqqında söylənildiyi kimi, narazı insanlar, təbii ki, olacaq. Hələ ki, Paşinyan universal və son dərəcə birləşdirici şüarlar təklif edir. O, bütün çıxışlarında korrupsiyaya qarşı çıxır. Sərvətlərin yenidən bölüşdürülməsini, böyük şirkətlərin inhisarına qarşı mübarizə, bərabərliyi təbliğ edir. Məsələ bundadır ki, hazırda İrəvan küçələrində olan insanlar xoş günlər həsrətlisidirlər. Amma unutmaq lazım deyil ki, Ermənistan qısa müddət ərzində İsveçrəyə çevrilməyəcək və hazırda küçəyə yığılanların da məyusluğu qaçılmaz olacaq.
Məlumdur ki, Paşinyan bu günə qədər jurnalistika və küçə siyasətindən başqa, heç bir şey etməyib. Belə düşünürəm ki, o, yaxşı natiq kimi, kütlənin kim olduğunu, nə istədiyini hiss edir. Ancaq rəhbərlik mənasında, strukturların yaranması siyasətilə heç vaxt məşğul olmayıb. O, bütün bunları hələ bundan sonra öyrənmək məcburiyyətində olacaq».

“Rusiya, hələ ki, özünü kənarda tutur. Lakin o yaxşı anlayır ki, Ermənistan heç bir yerə qaça bilməyəcək”


İskəndaryana görə, Ermənistanın problemi onun liderinin şəxsiyyətində deyil, güclərin balanslı bir şəkildə bölüşdürülməsi, partiya sisteminin təkmilləşdirilməsi zərurətindədir. «Bu gün sahibkarların Ermənistana sərmayə yatırmalarına şans yaratmaq üçün bu ölkədə ədalətin təmin edilməsi kifayətdir. Bu, Ermənistanın ən ağrılı yeridir. Xaricdə yaşayan erməni sahibkarlar belə, öz ölkələrinə sərmayə yatırmağa ehtiyat edirlər. Bu gün korrupsiya Ermənistan üçün təcrid olunmuş bir fenomen deyil. Ölkənin iqtisadiyyatı sıfır həddindədir. Ölkədə hər şey monopoliya üzərindədir. Ölkədə korrupsiyaya qarşı mübarizə aparılması əvəzinə, onu dəstəkləyənlər də, yox deyil. Təbii ki, bütün bunlara qarşı mübarizə aparıb, iki-üç aydan sonra aradan qaldırmaq qeyri mümkündür», -deyə İskəndaryan bildirir.
Maraqlıdır ki, fransız nəşrinin: "Ermənistanda baş verən son hadisələrdə Rusiyanın rolu nədir" sualını erməni siyasətçi belə cavablandırıb: «Rusiya, hələ ki, özünü kənarda tutur. Lakin o yaxşı anlayır ki, Ermənistan heç bir yerə qaça bilməyəcək. Bunu çıxışları zamanı Paşinyan da etiraf edir. Moskva isə vəziyyətin «daxili» olduğunu bildirərək, hələ ki, gözləmə mövqeyindədir. Bu, Ukrayna və Gürcüstanla müqayisə edilə bilməz, çünki bu, sivilizasiya modelini seçmək məsələsidir». İskəndaryan əlavə edib ki,Rusiya ya Ukraynada yaşananlardan sonra nələrlə qarşılaşdığını anladığı üçün, ya da Ermənistanın onun üçün o qədər də vacib bir oyunçu olmadığı üçün, hələ ki, passivlik müşahidə etdirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info