Bilik Fondu III Beynəlxalq Şagird Konfransı keçirib
Tarix: 05.05.2018 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Prezident yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda” mövzusunda III Beynəlxalq Şagird Konfransı öz işinə başlayıb.
Bilik Fondunun Mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, Azərbaycanın 26 bölgəsindən 80, xarici ölkələrdən – Türkiyə, Rusiya, Gürcüstan, Misir və İsraildən 21 məktəblinin qatıldığı konfransda 101 şagird iştirak edir.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Beynəlxalq Şagird Konfransında açılış nitqi söyləyərək, mötəbər tədbirdə iştiraklarına görə məktəblilərə minnətdarlığını bildirib. Ölkə başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" imzaladığı sərəncamla yanaşı, bu ilin həm də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü olduğunu xatırladan O.Səmədov şagirdlərin beş bölmə üzrə konfransa təqdim etdikləri yazıların mütəxəssislər tərəfindən seçildiyini, əsasən, səmimi hislərini dolğun fikirlərlə fərqli üslubda qələmə alanlara üstünlük verildiyini vurğulayıb.
İcraçı direktor qeyd edib ki, konfransın materiallarından ibarət toplu dərc olunur. Hər bir iştirakçıya elektron formada təqdim edilən topluda məktəblilərin Azərbaycan dilində 70, rus dilində 17, ingilis dilində 6 və türk dilində 6 məqaləsi əksini tapıb. Konfransa qatılan xarici ölkə məktəblilərinə paytaxt Bakını daha yaxından tanımağa, yaşıdları ilə dostluq münasibətləri qurmağa şərait yaradılacağını vurğulayan icraçı direktor onlara elmin yolunda mətin addımlarla irəliləməyi arzulayıb. Plenar iclasda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanova, Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsinin aparıcı məsləhətçisi Namiq Ağayev, Misir səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami Elaydi çıxış ediblər. Qeyd ediblər ki, belə tədbirlər yeniyetmələrin təfəkkürünün formalaşmasında, biliklərinin artmasında, onların vətənpərvər ruhda inkişaf etməsində böyük rol oynayır. Məktəblilər - Türkiyədən Asya Aslantürk, Rusiyadan Anna Sanina, Gürcüstandan Luka Gegeşidze, Azərbaycandan Ümid Həbibov çıxışlarında müsabiqənin qalibləri olduqlarına görə sevindiklərini və Beynəlxalq Şagird Konfransına qatıldıqları üçün qürur duyduqlarını dilə gətiriblər.
Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdi Samirə Orucova növbəti beynəlxalq konfransın Qarabağda keçirilməsini arzuladığını deyib və xarici yaşıdlarını işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə dəvət edib. Konfrans çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, Türkiyənin Bandırma Yavuz Sultan Səlim Anadolu Liseyinin və Rusiyanın Mıtişi şəhər 31 nömrəli orta ümumtəhsil məktəbinin şagirdləri arasında “Qardaşlaşma Sazişi” imzalanıb.
AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zallarında “Heydər Əliyev və azərbaycançılıq”, “Azərbaycan dili və ədəbiyyatı”, “Azərbaycan mədəniyyəti və incəsənəti”, “Azərbaycan tarixi və coğrafiyası”, “Azərbaycanı tanıyaq” mövzularında keçirilmiş bölmə iclaslarında Azərbaycan, türk, rus və ingilis dillərində məruzələr dinlənilib. Məruzələr ətrafında aparılan müzakirələrdən sonra məktəblilərə iştirakçı sertifikatları və Bilik Fondunun hədiyyələri təqdim edilib.
Bədii hissədə Yasamal rayonu 24 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin hazırladığı musiqili kompozisiya nümayiş olunub. Bu gün konfransa xarici ölkələrdən qatılan iştirakçılar şəhərimizin görməli yerləri ilə tanış olacaqlar.

Anar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info