Qadın güləşçilərimiz daha iki medal qazanıblar
Tarix: 05.05.2018 | Saat: 05:49:00 | E-mail | Çapa göndər


Rusiyada keçirilən güləş üzrə Avropa çempionatının dördüncü yarış günündə 53, 57, 62, 65 və 72 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, güləşçilərimiz yarış gününü gümüş və bürünc medallarla başa vurublar.
Altmış beş kiloqram çəki dərəcəsində yarışan idmançımız Elis Manolova macar və çex rəqiblərini mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi İsveç güləşçisi olub. Rəqibinə heç bir şans verməyən Elis finala yüksəlib. Gərgin keçən final görüşündə Finlandiya təmsilçisi Petra Olliyə uduzan güləşçimiz çempionatın gümüş medalına yiyələnib.
Əlli yeddi kiloqram çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik ilk mərhələdə Türkiyə, daha sonra ötən ilin Avropa çempionu olan Norveç idmançısına böyük hesabla qalib gələrək yarımfinala yüksəlib. Növbəti mərhələdə Rusiya təmsilçisinə minimal fərqlə uduzan Alyona Kolesnik üçüncü yeri uğrunda qarşılaşmada Belarus idmançısını 36 saniyə ərzində məğlub edərək çempionatın bürünc medalını qazanıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info