Şabranda Kür-Araz mədəniyyətinə aid olan nadir tikili qalığı tapılıb
Tarix: 05.05.2018 | Saat: 13:48:00 | E-mail | Çapa göndər


Şabran rayonunun Aygünlü kəni ərazisində yerləşən Çaqqallıqtəpə abidələr kompleksinə daxil olan Çaqqallıqtəpə I yaşayış yerində bu il aparılan qazıntılar zamanı maraqlı arxeoloji məlumatlar əldə olunub.
Bu barədə APA-ya Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Şabran arxeoloji ekspedisiyasının üzvü Sevinc Hüseynova məlumat verib. O bildirib ki, arxeoloji qazıntılar bir aydır davam edir və qazıntılar nəticəsində dairəvi formalı, Kür-Araz dövrünə aid tikili qalığı tapılıb. “Hansı ki, 4 düzümdən ibarət kərpiclər üst-üstə qalıb. Bu cür evin qalması həmin dövr üçün çox nadir tapıntıdır. Eyni zamanda Kür-Araz dövrü üçün xarakterik olan manqal da aşkarlanıb. Digər Kür-Araz abidlərində də xarakterikdir” deyə S. Hüseynova əlavə edib.
O həmçinin ərazidən mərmərdən düzəldilən muncuq formalı əsa başı, Asiya abidələri üçün xarakterik olan 3 qulpdan ibarət saxsı qab, sümükdən və absidyandan tapılan ox ucluqları, əmək alətləri, sapand daşları, sürtgəclər tapıldığını deyib.
Qeyd edək ki, Çaqqallıqtəpə abidələr kompleksi ilk Tunc dövrünə aiddir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info