Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionu oldu
Tarix: 06.05.2018 | Saat: 09:05:00 | E-mail | Çapa göndər


Rusiyada keçirilən güləş üzrə Avropa çempionatının beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulublar.
AZƏRTAC xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Georgi Edişeraşvili ardıcıl olaraq Bolqarıstan və Ermənistan idmançılarına tam üstünlüklə qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Belarus güləşçisini də məğlub edən idmançımız finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya təmsilçisi olub. Gərgin keçən qarşılaşmanı son saniyədə icra etdiyi fəndlə qələbə ilə tamamlayan idmançımız Avropa çempionatının qızıl medalını qazanıb.
Digər güləşçimiz Hacı Əliyev (65 kq) avstriyalı, türkiyəli və sloveniyalı rəqiblərini məğlub edərək finala yüksəlib. Üçqat dünya çempionumuz bu mərhələdə Rusiya idmançısı İlyas Bekbulatovla qarşılaşıb. Gərgin keçən görüş Azərbaycan güləşçisinin qələbəsi ilə başa çatıb və Hacı Əliyev növbəti dəfə Avropa çempionu tituluna yiyələnib.
İdmançılarımızdan Murtuz Müslümov (70 kq) Almaniya və Bolqarıstan təmsilçilərinə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda güləşçimiz Polşa idmançısı ilə gərgin keçən görüşdə minimal fərqlə uduzub. Üçüncü yer uğrunda döyüşdə belaruslu Azamat Nurikaudan üstün olan güləşçimiz bürünc medal əldə edib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info