““Satqın“ Mixail Leontiev erməni xalqına təhqir edib..?”
“Bizi öz qanlı qucağında saxlaya bilməyəcəyini başa düşən Rusiya, indi də öz sərxoşlarının dili ilə erməni xalqını təhqir etməyə
başlayıb”. Bu ermənilərin rusiyalı telejurnalist Mixail Leontyevin "Komsomolskaya Pravda" radiostansiyasının efirində səsləndirdiyi "Rusiya olmasaydı, fiziki cəhətdən nə Ermənistan olardı, nə də bir erməni" fikirlərinə cavablarıdır.
“ArmenianReport” saytının yazdıgına görə, “Putin indi Serj Sarkisyana çox hiddətlənib. Çünki o öhdəsində olan güc, aktivində olan milyardlarla dollar vəsaitə baxmayaraq, özünü xilas edə bilmədi”.
Paşinyanı Putinin yuxuları üçün qorxulu kabus kimi dəyərləndirən erməni saytı yazır: “Bizim sivil bir xalq oldugumuzu inkar etməyə sizin haqqınız yoxdur. Ona görə də biz, sizdən fərqli olaraq, sivil bir cəmiyyətdə yaşamaq istəyirik. Bunun üçün, ilk olaraq, sizdən xilas olmağımız vacibdir. Bu, Ermənistanın və erməni xalqının fiziki yaşaması məsələsidir. Rusiya artıq bizi qanlı qucağında saxlaya bilməyəcəyini anlamaga başlayıb. Ermənistanı əldən verməmək üçün artıq yollar axtarışına cıxıb. Putin bunun üçün öz sərxoşlarının xidmətindən belə yararlanmaga çalışır.
Kremlin bir sıra təbliğatçıları artıq “Ermənistanın Rusiyaya ehtiyacı yoxdur” kimi tezislərini yayıblar. Təbii ki, bu Kremlin İrəvan qarşısında, bir növ, məğlubiyyətinin etirafıdır.
Bu, rusların insan yolunda təşkil edə bilməyəcəyi təslimdir. Ona görə də onlar erməni xalqına yalan vədlər verməkdən, hətta yalvarmaqdan belə çəkinmirlər.
Ancaq hazırda əbədi olaraq tükənən sərxoş Mixail Leontiev ayrı cür dəyərləndirilməlidir. Lakin, bu da Putin Rusiyasının üzünü göstərən təbliğatın bir formasıdır. Məhz bütün bu amillər Ermənistana bu ölkənin təsirindən tez bir zamanda, özü də ən böyük sürətlə qaçmasını vacb edir”.
Sayt Mixail Leontievin dediklərini Nikol Paşinyanın nəzərinə çatdiraraq, gələcəkdə “sərxoş rusun” Ermənistana girişinə qadaga qoymaga çagırır.. Maraqlısı odur ki, az qala bütün rusları icki düşkünü kimi dəyərləndirən sayt, erməniləri qürurlu, özünü təmin edən sivil xalq kimi təqdim edir: “Ermənistanda rus əyyaşına gülürlər. Artıq Ermənistan deyilən karvan, Putinin itlərinin hürüşünə heç bir diqqət yetirmir. O, sivilizasiyaya, yəni Rusiyadan uzaqlaşmağa davam edir”. Bunları erməni saytından oxuyarkən, Dosteyevskinin yazdığı “özünə də yalan satan insanın bir müddətdən sonra doğru ilə yalanı bir-birindən ayırmaz” kəlamı ilə yanaşı, bizim “araba kölgəsində yatan itin...” deyimini xatırladım.
Ağasəf Babayev
|