176-cı “El Klassiko”da qalib müəyyənləşməyib
Tarix: 07.05.2018 | Saat: 12:41:00 | E-mail | Çapa göndər


Mayın 6-da İspaniya La Liqasının 37-ci turu çərçivəsində “Barselona” ilə “Real Madrid” klubları qarşı-qarşıya gəlib.
AZƏRTAC xəbər verir ki, 176-cı “El Klassiko”da meydana dünyanın ən bahalı futbolçularına malik iki komanda çıxıb. “Barselona” klubu 963 milyon avro ilə dünyada ən bahalı futbol komandası hesab edilir. “Real Madrid” isə 962,5 milyon avro ilə Kataloniya təmsilçisindən sonra bu göstəriciyə görə ikinci yeri tutur. İki komandanın oyunçularının hazırki bazar qiyməti, ümumilikdə, 1 milyard 955 milyon avrodur. Dünyanın ən bahalı iki klubu “Nou Kamp” stadionunda qarşılaşıblar.

“El Klassiko”da hesabı meydan sahibləri açıblar. Əks hücum zamanı Serxi Robertonun cinah ötürməsini Luis Suarez dəqiq zərbə ilə tamamlayıb - 1:0. Qoldan dörd dəqiqə sonra Kriştiano Ronaldo hesaba tarazlıq gətirib - 1:1. Kərim Benzemanın ötürməsini qola çevirən portuqaliyalı cari mövsümdə 25-ci qolunu vurub. Birinci hissənin bitməsinə bir dəqiqə qalmış Serxi Roberto qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Gərginliyi ilə yadda qalan birinci hissədə baş hakim Alexandro Hernandez beş sarı və bir qırmızı vərəqə göstərib.

Fasilədən dərhal sonra hücuma atılan meydan sahibləri 53-cü dəqiqədə yenidən hesabda irəli çıxıblar. Çempionatın bombardiri Leo Messi baxımlı qolla adını tabloya yazdırıb -2:1.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün 73-cü dəqiqəsində Marko Asensionun ötürməsindən sonra Garet Beyl dəqiq zərbə ilə topu qapıdan keçirdib - 2:2.

97 min 939 nəfərin birbaşa stadiondan izlədiyi qarşılaşma elə bu hesabla başa çatıb.

Əzəli rəqiblər bu oyunadək ölkə çempionatında 175 dəfə qarşılaşmışdılar. Bu matçların 70-də “Barselona”, 72-də isə “Real Madrid” qələbə qazanıb, 33 matç isə heç-heçə yekunlaşmışdı.

Çempionluğunu vaxtından əvvəl rəsmiləşdirən “Barselona” 87 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Atletiko Madrid” 75 xalla ikinci, “Real Madrid” 72 xalla üçüncü, “Valensiya” isə 67 xalla dördüncüdür.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Sevilya” – “Real Sosyedad” - 1:0

“Jirona” – “Eybar” - 1:4

“Atletik Bilbao” – “Real Betis” - 2:0

“Selta” – “Deportivo” - 1:1

“Villyareal” – “Valensiya” - 1:0

“Malaqa” – “Alaves” - 0:3

“Atletiko Madrid” – “Espanyol” - 0:2

“Las Palmas” – “Xetafe” - 0:1.

Tura mayın 7-də “Leganes” – “Levante” oyunu ilə yekun vurulacaq.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
“Avro 2022” ilə bağlı qərar Bakıda qəbul ediləcək
23.05.2019
UEFA Avropa Liqasının final oyununun açılış mərasimində ingiltərəli DJ Conas Blu çıxış edəcək
23.05.2019
UEFA Avropa Liqasının final matçına bilet satışı davam edir
23.05.2019
“Çelsi”nin futbolçusu: “Azərbaycan gözəl ölkədir”
23.05.2019
Qvardiolanın “Juventus“la 4 illik müqavilə imzaladığı iddia olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
2 Üç müharibə iştirakçısı olan general-mayor
3 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
4 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info