“Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” 
Tarix: 07.05.2018 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.  
Şura sədri, deputat Azay Quliyev bildirib ki, Heydər Əliyevin həyat və fəaliyyəti hər bir soydaşımız üçün əzmkarlıq, mübarizə və qalibiyyət nümunəsidir. Onun müstəqil dövlət quruculuğu sahəsində gördüyü işləri təhlil edib geniş kütlələrə çatdırmaq və nəsillərin yaddaşında daim yaşatmaq dövlət əhəmiyyətli strateji məsələdir.
Konfransda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək Heydər Əliyevin ölkənin müstəqilliyi uğrunda rolundan danışıb. Ə. Həsənov bildirib ki, Heydər Əliyevin xatirəsi hər bir sağlam ruhlu azərbaycanlının qəlbindədir: “Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərinin başında, ön sırasında onun 1993-cü ildə Azərbaycan dövlətinin xilas edilməsi missiyası dayanır. Hər il qeyd etdiyimiz 15 iyun Milli Qurtuluş Günü onun xilaskarlıq missiyasının başlanğıcı idi. Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi. Ona görə də xalq bu xidməti hər zaman yüksək qiymətləndirir. Azərbaycan dövlətinin xilaskarlıq missiyası məhz Heydər Əliyevin adına yazıldı, onun adına həkk olundu. Bilirsiniz ki, o dövrdə vətəndaş müharibəsi başlamışdı, bunun başında avantürist insanlar dayanırdı. O, 1993-cü azərbaycanlıların birləşdirilməsinə nail olmasaydı, dövlətin gələcəyindən danışmaq olmazdı”.
Ə. Həsənov əlavə edib ki, hazırda Azərbaycanda milli birliyə əsaslanan sabitlik var: “Ümummilli liderimiz hələ Naxçıvanda olarkən ziyalılara çağırış edirdi. O qeyd edirdi ki, xalq birləşməlidir. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən biri də xalq birliyə nail olmasıdır. Onun hakimiyyətə ikinci dəfə qayıdışından sonra bütün sahələrdə inkişaf başladı. Ölkədə bazar iqtisadiyyatının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev həmişə deyərdi ki, iqtisadiyyatın təməli sağlam qoyulmalıdır, hər bir vətəndaş özünü orada görməlidir. Bu gün ulu öndərimizin siyasi kursunu Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Hazırda Azərbaycan regionun aparıcı dövlətidir. Azərbaycan böyük inkişaf dövrünü yaşayır”.
Tədbirdə Heydər Əliyevə həsr olunmuş qısametrajlı sənədli filmin və mahnının təqdimatı olub.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası: proses və nəticə” mövzusunda məruzə ilə çıxış edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
MN: Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun nəzarəti və müşahidəsi altrındadır
23.05.2019
Azərbaycan Avrasiya məkanında Çinin əsas tərəfdaşlarından biridir
23.05.2019
Müdafiə Nazirliyi: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur
23.05.2019
Yohannes Kars: “Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir”
23.05.2019
Xədicə İsmayılın erməni sevgisi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info