Torpaqların səmərəli istifadəsində peyk nəzarət sistemi qurulur
Tarix: 07.05.2018 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Çıxış edən Komitə sədri Kərəm Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparэlan geniєmiqyaslэ, uğurlu islahatlar iqtisadiyyatэn fundamental inkiєafэnı təmin etməklə, ölkədə sosial-iqtisadi inkişaf dinamikasının stabilliyini qoruyub saxlayır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq son illərdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər daşınmaz əmlak idarəçiliyində fəaliyyətin elektron müstəviyə keçidinin təmin olunmasına, innovasiyaların tətbiqinə, şəffaflığın artırılmasına, vətəndaş rahatlığının və məmnunluğunun təmin olunmasına istiqamətlənib. Komitə sədri qarşıdakı hədəfləri açıqlayaraq bildirib ki, dövlət əmlakının idarə edilməsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi genişləndiriləcək, özəlləşdirmənin tam elektronlaşması təmin ediləcək. Həmçinin daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşın xidmətin məkanında deyil, xidmətin vətəndaşın yanında prinsipi əsas götürülür. Bundan başqa torpaqların elektron uçotunun yaradılması və sistemli idarə edilməsi reallaşdırılacaq, ölkədə mükəmməl elektron kadastr uçotunun və torpaqlardan səmərəli istifadə edilməsində Peyk nəzarət sistemi qurulacaq. Eləcə də göstərilən bütün xidmətlərin vahid Metaməlumat sisteminə inteqrasiyası təmin ediləcək, müasir kadr potensialı formalaşdırmaqla çevik idarəçilik həyata keçiriləcək.
Komitə də dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı, torpaqların elektron uçotunun qurulması, torpaq inzibatçılığı istiqamətindəki görülən işlər və yeni layihələrlə ölkədə aparılan islahatlara öz töhfəsini vermişdir.
Müasir çağırışlar əsasında effektiv torpaq idarəçiliyi istiqamətində mühüm layihələr reallaşdırılır, bu sahədə mütərəqqi texnologiyalar və qabaqcıl beynəlxalq təcrübə tətbiq edilir. Ölkədə ilk dəfə Torpaqların Elektron kadastr Uçotu Sistemi yaradılır.
Torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi üçün Peyk Nəzarət Sistemi qurulur. Bu sistem vasitəsi ilə əldə ediləcək peyk məlumatları torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcəkdir.
Torpaqların keyfiyyətinin müəyyənləşdirilməsinə, münbitliyin operativ qaydada öyrənilməsinə imkan verən yeniliklərdən biri də mobil torpaq laboratoriyalarının istifadəyə verilməsidir. Birbaşa yerlərdə xidmət göstərən mobil laboratoriyaların başlıca məqsədi kəndli və fermerlərə yaxından dəstək olmaqdır.
Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, xidmətlərdə sosial və innovativ amillərin gücləndirilməsi, rahatlıq və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş mühüm yeniliklərdən biri isə artıq çıxarışların 1 iş günü müddətində verilməsi olub. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələrin icra müddəti sürətləndirilməklə bir, üç və yeddi iş günü müddətində icra olunacaq. Qeydiyyat sahəsində tətbiq olunan Elektron çıxarış, Əmlakın qeydiyyatı kalkulyatoru kimi funksional layihələr də idarəetmənin müasir prinsiplər əsasında həyata keçirilməsinə imkan vermişdir. Elektron çıxarış sisteminin tətbiqi qeydiyyat prosesinin tam olaraq avtomatlaşdırılmasına imkan verib. Sistemin istifadəsi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir, əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və şəffaflığı artırır.
Qeydiyyat sahəsində xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması üçün “əks zəng” xidməti və sosial sorğu layihələrinə start verilib. Bu layihələr vasitəsilə vətəndaşlardan qeydiyyat prosesinin keyfiyyətinə olan münasibətlərinin canlı olaraq öyrənilməsi və təkliflərin alınması mümkündür.
Sosial layihə olan “kütləvi çıxarış” kampaniyaları və mobil qeydiyyat ofisləri vətəndaşı xidmət məkanına deyil qeydiyyat xidmətlərini birbaşa vətəndaşın ünvanına çatdırmaq prinsiplərinə əməl edir.
Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti baş ofisi Amerika Birləşmiş Ştatlarında yerləşən “Qiymətləndiricilərin Beynəlxalq Assosiasiyasına” həqiqi üzv seçilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” müvafiq fərmanına əsasən dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsində müasir yanaşmaların tətbiqi, prosesin tam olaraq elektronlaşdırılması, investorlar üçün özəlləşdirmədə əlçatanlığın və geniş məlumatlandırmanın təmin edilməsi, şəffaflığın artırılması ilə bağlı mühüm layihələr reallaşdırılır.
Bu sahədə həyata keçirilən ən mühüm layihələrdən olan elektron hərracların tətbiqi Azərbaycanın özəlləşmə prosesi tarixində yeni mərhələnin başlanğıcı oldu. “Elektron hərrac” modeli dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhali və investorlar üçün prosesdə əlçatanlığı artıraraq zaman və məkan məfhumlarını aradan qaldırır. Qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq onlayn hərraclara əhali tərəfindən yüksək maraq müşahidə edilir. Komitənin elektron xidmətlər portalı üzərindən qeydiyyatdan keçmədən özəlləşdirmə hərraclarının onlayn rejimdə izləmək imkanı isə investorlar üçün proseduralar barədə dolğun informasiyaların əldə etməsinə imkan verir.
Hərraclarda iştirak etmək üçün elektron sifarişlərin verilməsi də vətəndaş-məmur ünsiyyətini minimuma endirməklə şəffaflığı daha da artırır.
“Özəlləşdirmə portalı” investorlar üçün özəlləşdirməyə çıxarılan əmlaklar və müəssisələr barədə informasiya açıqlığını geniş şəkildə təmin edir. Qeyd edilib ki, “Özəlləşdirmə portalı”-na cari il ərzində 800 minə yaxın baxış olmuşdur. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 1,5 milyondan çoxdur.
Özəlləşdirmə prosesinə xarici investorların cəlb edilməsi məqsədilə ABŞ, Fransa, Rusiya, Ukrayna, Çin, Türkiyə, İngiltərə, Hindistan, İran, Küveyt və BƏƏ-dən olan potensial investorlarla görüşlər keçirilmiş, onlara özəlləşdirmə portfelinə daxil olan müəssisələr haqqında məlumatlar verilmişdir. Yerli sahibkarların özəlləşdirmə prosesi barədə məlumatlandırılması, eləcə də onların prosesdə daha fəal iştirakının təmin olunması məqsədi ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının iştirakı ilə işgüzar forumlar keçirilir.
Komitə İSO standartı üzrə 2 sahəyə aid beynəlxalq sertifikata layiq görülüb. Bunlar Keyfiyyət İdarəetmə Sistemi (9001) və Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemidir (27001). Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istifadəyə verilən ictimai xidmətlərin şəffaf mexanizmlərə və qaydalara əsaslanmaqla həyata keçirilməsi, eləcədə xidmətlərə olan əlçatanlığın artırılması amili bu sertifikatın əldə olunmasının başlıca səbəblərindəndir.
Əhalinin ictimai xidmətlərdən istifadəsinin sadələşdirilməsi, xidmətlərdən real vaxt rejimində yararlanması məqsədilə Komitə fəaliyyət göstərdiyi sahələrdə avtomatlaşdırılmış xidmətlər şəbəkəsini təkmilləşdirir. Komitə tərəfindən 37 elektron xidmət, 3 SMS və 2 onlayn xidmət vətəndaşların istifadəsindədir. 2018-ci ilin ilk 3 ayında elektron və onlayn xidmətlər vasitəsilə 19 mindən çox müraciət daxil olmuş və cavablandırılmışdır.
2018-ci ilin ilk rübündə 5000-ə yaxın dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada qəbul edilmiş və sahələr üzrə təhlillər aparılmışdır. Dövlət mülkiyyətində olan, özəlləşdirilməsi nəzərdə tutulmuş qeyri-profil müəssisə və obyektlərin inventarlaşdırılmasının və qiymətləndirilməsinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilmişdir. Cari ilin ilk üç ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ümumilikdə 52 hərrac keçirilmişdir. Bu dövrdə 377 dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilmişdir. Hesabat dövründə “Sumqayэt Superfosfat” və “Muрansutikinti” ASC-lərin səhmlərinin satэюэ üzrə investisiya müsabiqələri elan olunmuє, hər iki müəssisə üzrə müsabiqələr baє tutmuєdur. Ümumilikdə müəssisələrə 65 milyon manat məbləрində investisiya qoyuluşu planlaєdэrэlэr. Эnvestisiya müsabiqələri vasitəsilə bu günədək özəlləєdirilmiє müəssisələr üzrə dövlət büdcəsinə 67 milyon manat vəsaitin daxil olmasэ təmin edilmiє, 1,1 milyard ABЄ dollarэ həcmində investisiya qoyuluєlarэ həyata keçirilmiє, 17 min 257 yeni iє yeri yaradэlmэюdır. İnvestisiya müsabiqələri vasitəsilə özəlləєdirilməsi nəzərdə tutulan sənaye, səhiyyə, xidmət, turizm kimi sahələri əhatə edən 10 müəssisə haqqında bütün məlumatlar “Özəlləєdirmə portalэ”nda yerləєdirilmişdir.
Ümumilikdə 16 rayonda torpaqların kadastr uçotuna alınması işləri yekunlaşmışdır. Artıq kadastr uçot işləri yekunlaşmış rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatların keçirilməsinə başlanılıb və bu məlumatların elektron şəkildə yerli icra hakimiyyətlərinə və aidiyyəti qurumlara xidməti istifadə üçün təqdim edilir. Bu məqsədlə Salyan və Beyləqan rayonlarında İctimai təqdimat keçirilib. 53 rayon mərkəzi və ona bitiєik yaєayэю məntəqələrində elektron kadastr uçotu üzrə çöl-ölçmə iєləri tam olaraq bitmiє, kameral iєləri yekunlaєmэюdэr. 2018-ci ilin birinci rübü ərzində Göygöl rayonu üzrə 23, Beyləqan rayonu üzrə 34, Oğuz rayonu üzrə 14 və Samux rayonu üzrə 19 bələdiyyə xəritələri hazırlanmışdır. Respublikanın rayon və şəhərləri, o cümlədən qəsəbə və kənd yaşayış məntəqələri üzrə ümumilikdə 26 minə yaxın adsız küçə və prospekt Komitənin təşəbbüsü ilə müvafiq rayon (şəhər) icra hakimiyyətləri tərəfindən adlandırılmışdır. Ümumilikdə, respublikanın 57 şəhər və rayonu, o cümlədən, 74 qəsəbə və 1700-ə yaxın kənd yaşayış məntəqəsi üzrə 30 mindən artıq küçə və prospekt, 640 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilmişdir.
Cari ilin ilk rübündə torpaqlardan təyinatına uyğun və səmərəli istifadə, torpaqların əsassız zəbt olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 141 hal üzrə inzibati protokollar tərtib edilmişdir. Ümumilikdə indiyədək, 2472 inzibati protokol tətbiq edilmişdir. Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsində olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı Эnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 46 hal üzrə inzibati tənbeh tədbirləri tətbiq olunmuşdur.
Kənd təsərrüfatı məqsədi ilə (əkinçilik və heyvandarlıq) torpaq sahələrinin hüquqi və fiziki şəxslərə icarəyə verilməsi barədə 116 müraciət üzrə 18 min hektar torpaq sahəsinin icarəyə verilməsinə müsbət rəy verilmişdir. 2584 hektar bələdiyyə torpaqlarэndan 1603 hektarı müsabiqə və ya hərraclar vasitəsilə icarəyə verilmiєdir.
2018-ci ilin ilk rübündə ölkə üzrə 50 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çox olmuşdur. Aparэlan ilkin qeydiyyat isə ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artmışdır. Cari ilin yanvar-mart aylarında 45 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılmış və texniki pasport tərtib edilmişdir. Bu il də “Kütləvi çıxarış” kampaniyası davam etmişdir. Müxtəlif şəhər və rayonlarda 10-a yaxın “Kütləvi çıxarış” kampaniyası baş tutmuşdur. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə cari il ərzində vətəndaşlardan 19 minə yaxın müraciət qəbul olunmuşdur.
Cari ilin yanvar-mart ayları ərzində 193 saylı Vahid Çağrı Mərkəzi, Komitənin sosial şəbəkələri və internet resursları vasitəsilə onlayn olaraq vətəndaşlardan 6 minə yaxın müraciət daxil olub və cavablandırılmışdır.
Müşavirənin sonunda komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Qeyd edib ki, fəaliyyət prosesinin şəffaflığı, vətəndaş məmnunluğunun təmin edilməsi prosesində operativ fəaliyyət göstərilməlidir. Müxtəlif profilli yerli və xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi məqsədilə özəlləşdirmədə yeni yanaşmaların tətbiqi genişləndirilməlidir. Həmçinin bildirib ki, daşınmaz əmlakın qeydiyyatı tam elektronlaşdırılmalı, prosedurlar daha da sadələşdirilməlidir. Eyni zamanda torpaqların idarə edilməsində Peyk Nəzarət Sistemindən istifadə edilməsi təmin edilməli, torpaqların elektron uçotunun yekunlaşdığı rayonlar üzrə torpaq idarəçiliyi təhlil olunmalı və yeni yanaşmalara dair təkliflər hazırlanmalıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info