“Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur“ I Respublika elmi konfransı keçirilib
Tarix: 07.05.2018 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə xüsusi təyinatlı ali təhsil müəssisələri kursantlarının “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” adlı I Respublika elmi konfransı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin büstü önünə əklil qoyublar.
Tədbirdə çıxış edən DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsini icra edən, general-leytenant Əli Şəfiyev bildirib ki, müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevdir: "Heydər Əliyev bütün sahələrə olduğu kimi, milli təhlükəsizliyə də böyük önəm verib. Dövlət təhlükəsizliyinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyev tarix yazıb. Bu gün Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan uğurla inkişaf edir".
Ə.Şəfiyev qeyd edib ki, konfransın məqsədi Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr vermiş Ulu Öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunəsinin və peşəkarlıq irsinin gənc nəslə aşılanması və öyrədilməsidir.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Məmmədov Ümummilli Lider Heydər Əliyevlə bağlı böyük xatirələri olduğunu bildirib:
"Apardığım araşdırmalara görə, Heydər Əliyev dünya tarixində xüsusi iz qoymuş şəxsiyyətlərdən daha üstündür. Bismark, Atatürk, Şarl de Qoll kimi tarixi şəxsiyyətlər tarixdə qalıb. Amma onlardan heç biri Heydər Əliyevin olduğu şəraitdə olmayıblar. Ulu Öndər yalnız zəkasının, gücünün sayəsində yüksəlib və heç bir kömək olmadan çalışıb, onun arxasında heç kim olmayıb. Amma Bismark, Şarl de Qollun arxasında dayananlar olub. Atatürkün arxasında isə Türk ordusu dayandı. Heydər Əliyev isə heç kimin köməyi olmadan yüksəldi. Ümummilli liderimiz ən yüksək zirvədə yer almış tarixi şəxsiyyətdir. O, Azərbaycanın ən çətin dövründə dövlət yaratdı, bütün çətinliklərə baxmayaraq, dövləti inkişaf etdirdi. Onun Azərbaycan üçün xidmətləri tarixi hadisədir. 1918-1920-ci illərdə Azərbaycanı dağıtmaq üçün səy göstərən ermənilər sovet hakimiyyəti qalib gələndən sonra təhlükəsizlik xidmətlərinə soxuldu və azərbaycanlılara qarşı amansız mövqe nümayiş etdirdi. Amma Heydər Əliyev həmin dövrdə təhlükəsizlik xidmətinə gəldi və təhlükəsizik xidmətində azərbaycanlı kadrları yetişdirməyə başladı. Daha sonra Heydər Əliyev Bakıda Ali Hərbi Məktəbin açılmasına nail oldu. Heydər Əliyevin məqsədi azərbaycanlı generallar yetişdirmək, təhlükəsizlik xidmətində azərbaycanlıların çalışmasına müvəffəq olmaq idi. Heydər Əliyev Azərbaycanda general korpusu yaratdı".

Y.Mahmudov vurğulayıb ki, Azərbaycan xalqı tarixin bütün dövrlərində Ulu Öndər Heydər Əliyevlə qürur duyub, onunla fəxr edib.
Tədbir DTX-nin Heydər Əliyev adına Akademiyasının tələbə və müəllim heyətinin məruzələri ilə davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info