“Amerika sazişdən çıxsa, onu öz hərəkətinə peşman edəcəyik”
Tarix: 07.05.2018 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


“Amerika İranın nüvə proqramına dair imzalanmış sazişdən çıxarsa, çox ağır bədəl ödəyəcək”.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi həftəlik mətbuat konfransında deyib.

B. Qasimi ABŞ prezidenti Donald Trampın bu sazişi pozacağı ilə bağlı hədələrinə toxunaraq bildirib ki, bu, o qədər də asan deyil: “Tramp Ağ Evə gəldiyi gündən sazişi pozacağı ilə hədələyir. Bu, sadə məsələ deyil. İranın ABŞ-ın atacağı bu addımın qarşısında atacağı addımlar çox ağır olacaq və onları bu hərəkətinə peşman edəcəyik. ABŞ-ın ödəyəcəyi ağır bədəl bu olacaq ki, daha dünya onlara inanmayacaq. ABŞ sazişi pozmaqla dünya ictimaiyyətinin düşüncəsində özünü öhdəliklərini yerinə yetirməyən bir ölkə kimi sübut etmiş olacaq”.
 
İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, bu gün dünyanın ən acı problemlərindən biri Yəmən məsələsidir, orada böyük cinayətlər törədilir və məzlum xalq Səudiyyə Ərəbistanının rəhbərliyi altında olan koalisiyanın bombaları altında məhv olur. O, İsrailin baş naziri Binyamin Netanyahunun İranın nüvə fəaliyyətləri ilə bağlı iddialarına dair sualı belə cavablandırıb: “Mən adətim üzrə Qüdsü işğal edən rejimin əsassız iddialarına mövqe bildirmirəm. O, üçüncü dərəcəli şoumen və sehrbazdır. Sehrbazlıq məharəti ilə bağlı daha çox çalışmalıdır. Netanyahu öz hökumətindəki korrupsiya əməllərini və ona qarşı açılan cinayət işlərini ört-basdır etmək üçün o iddiaları ortaya atır. Beynəlxalq Atom Enerjisi Agentliyi ekspertlərinin rəyinə əsasən İranın nüvə proqramı şəffafdır və İran öz öhdəliklərini yerinə yetirir”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info