BANM-də Layihə İdarəetmə Məktəbinin yeni “M3” qrupu açılıb
Tarix: 07.05.2018 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə yaradılan Layihə İdarəetmə Məktəbinin (SPM) yeni “M3” qrupunun açılışı olub.
BANM-dən bildirilib ki, açılış mərasimində rektor Elmar Qasımov “M3” qrupunun Layihə İdarəetmə Məktəbinin artıq beşinci uğurlu qrup olduğunu söyləyib. Rektor bildirib ki, ötən ay SPM-in ilk iki qrupunun təntənəli “Məzun günü” keçirilib, proqramı uğurla bitirən iştirakçılara ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatları təqdim edilib. “Əminəm ki, burada vaxtın və risklərin idarə olunması, danışıqların aparılması, liderlik və s. modullar üzrə əldə etdiyiniz biliklər bir menecer kimi sizə həm işinizdə, həm də şəxsi həyatınızda kömək olacaq”, - deyə Elmar Qasımov bildirib.
Daha sonra ölkənin aparıcı şirkətlərinin rəhbər nümayəndələrindən ibarət olan iştirakçıların hər biri özləri haqqında qısa məlumat veriblər.
Rektor Elmar Qasımov açılış mərasimində hər bir iştirakçı ilə yaxından tanış olub və təlim proqramını uğurla başa vurmağı arzulayıb.
Layihə İdarəetmə Məktəbinin 26 nəfərdən ibarət olan “M3” qrupunun iştirakçıları sırasına SOCAR, BP, “Azəriqaz”, “Azərsu”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, AzərTürk Bank və SOCAR AQŞ kimi şirkətlərin əməkdaşları daxildir.
Qeyd edək ki, SPM proqramı layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək üçün unikal təlim proqramıdır. Proqramı uğurla bitirən iştirakçılar ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatını əldə edirlər. SPM layihə həcminin, vaxtın, keyfiyyətin, büdcənin, əmək resurslarının və riskin idarə olunması, layihə menecerləri üçün danışıqların aparılması bacarıqları modullarından ibarətdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Güclü küləyə görə metronun “Elmlər Akademiyası“ stansiyasının çıxışı bağlandı
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info