“Hacı Zeynalabdin Tağiyev” mükafatının qalibləri müəyyənləşib
Tarix: 07.05.2018 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


“ADA” Universitetində “Hacı Zeynalabdin Tağıyev” mükafatının “təqdimetmə mərasimi keçirilib. Məşhur xeyriyyəçinin adını daşıyan mükafat tələbə icmasının “ən sosial məsuliyyətli vətəndaşları”na verilir. Bu, universitetin sevilən ənənələrindən biridir. Tələbələr seçdikləri mövzu üzrə tədris ili boyu qrup halında işləyərək layihə formalaşdırır və konkret nəticələrin əldə edilməsinə çalışırlar. Layihələrin cəmiyyətdə müsbət dəyişkiliyə təkan verməsi və dayanaqlılığı münsiflər heyətinin qərarında əsas amildir.
“ADA” Universitetindən bildiriblər ki, bu il “Hacı Zeynalabdin Tağıyev” mükafatına vətəndaşlıq dəyərlərini təşviq edən 14 tələbə layihəsi namizəd görülüb. Üçüncü yerin qalibi paytaxtda sahibsiz küçə heyvanlarının öldürülməsinə qarşı “Bakı, onlara yaşamağa şans ver!” adlı məlumat kampaniyası olub. İkinci yeri universitetin ötən il təsis edilən “The ADA Chronicle” ilk tələbə qəzeti qazanıb. Birinci yerin qalibi isə “Xərçəngi ləğv edin!” azyazşlı onkoloji xəstələrə mənəvi dəstək tələbə kampaniyası elan edilib.
Mükafatlandırma mərasimində “Rektorun seçimi” də açıqlanıb. Bütün namizəd layihələrlə tanışlıqdan sonra “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev tələbələrin Bakının orta məktəblərinin yuxarı sinif şagirdləri üçün kritik düşüncə tərzi və liderlik qabiliyyətlərinin artırılması üzrə keçirdikləri “Məktəb səfirləri” adlı silsilə dərslərini bəyənib.
Qaliblər mükafatlandırılıblar. “ADA” Universitetinin tələbə icmasının bayramını universitetin sosial məsuliyyət layihələri üzrə tərəfdaşları “Ümid Yeri” Uşaq Sığınacağı Xeyriyə Cəmiyyəti və Bakı Avropa Liseyi də təbrik edib.
“ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə çıxışında bildirdi ki, bu il “Hacı Zeynalabdin Tağıyev” mükafatına təqdim edilən tələbə layihələrinin əsas hissəsi təhsil və maarifləndirmə səyləri ilə bağlı olub. Bu, bizi çox sevindirir və “ADA” Universitetinin Azərbaycan cəmiyyətinə məhz təhsil vasitəsilə müsbət dəyişikliklər gətirmək cəhdlərinin nəticə verdiyini göstərir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info